Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib. ONN media xəbər verir ki, dövlət başçısına yenidən qurulan “Hövsan” yarımstansiyası barədə məlumat verilib. Bildirilib ki, 45 il əvvəl tikilən “Hövsan” yarımstansiyası müasir səviyyədə yenidən qurulub, buradakı avadanlıqlar yeniləri ilə əvəz olunub. Yarımstansiya “Şimal” Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin ötürülmə keyfiyyətinin artırılmasında, “Abşeron”, “Böyükşor”, “Suraxanı”, “Ramana”, “Əhmədli”, “Qala”, “Zığ” yarımstansiyaları ilə əlaqələnməklə Bakı və Abşeron yarımadasının, xüsusən də Suraxanı, Günəşli, Əhmədli ərazilərinin elektrik enerji təchizatında mühüm rol oynayır. Prezident İlham Əliyev “Hövsan” yarımstansiyasını işə salıb. Dövlət başçısına yenidənqurulan 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyası barədə də məlumat verildi. Bu yarımstansiya da tam yenidən qurularaq etibarlılığı və dayanıqlılığı artırılıb, istehlakçıların fasiləsiz və keyfiyyətli enerji ilə təchiz edilməsi təmin olunub. Bu yarımstansiya Sabunçu və Xəzər rayonlarının, xüsusən də Maştağa, Buzovna, Bilgəh, Nardaran qəsəbələrini, ümumilikdə 150 min nəfərə yaxın sakini elektrik enerjisi ilə təchiz edəcək. Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sistemi vasitəsilə “Maştağa” yarımstansiyasını da işə salıb. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib. Dövlət başçısı, həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışını edib.
İlham Əliyev açılışda - YENİLƏNDİ



İlham Əliyev bu yarımstansiyaların açılışını etdi
İlham Əliyev açılışda
İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında
Prezident İlham Əliyev açılışda
Prezident açılışa qatıldı
İlham Əliyev açılışda
İlham Əliyev “Əhmədli” yarımstansiyasının açılışında
İlham Əliyev "Cəbrayıl" yarımstansiyasının açılışını edib
Bu rayondan Kəlbəcərə yeni xətt çəkilir
İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlandı
İlham Əliyev “Müşfiq” yarımstansiyasının açılışında
Prezident "Cəbrayıl" enerji qovşağının təməlini qoydu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 