Bir neçə gündür pandemiya dövrünün özünə xas sərt qayda-qanunlarının yumşaldılması sosial şəbəkələrdə bəzi inanclı kəsimləri də hərəkətə gətirib. İnanclı insanlar bir sıra iaşə obyektlərinin və digər insanların sıx olduğu məkanlarda sosial fəaliyyətin normallaşmasını əsas gətirərək ibadətgahların və məscidlərin də fəaliyyətinə icazə verilməsi məsələsini müzakirə edirlər. Bir qrup insan yaranmış vəziyyətə uyğun olaraq məscidlərin ibadətə açılmasını məqsədə uyğun sayır. Bəzi inanclı insanlar isə pandemiyanın dünyada sonunun gəlmədiyini əsas gətirərək bir müddət bağlı qalmasını düzgün hesab edir. Hər iki kəsim məscidlərin açılması və ya hələ bir müddət bağlı qalması ilə bağlı müəyyən əsaslar səsləndirirlər. Bəs məscidlər nə zaman açılacaq? Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadənin İnformasiya məsələləri üzrə Müşaviri Rəhimə Dadaşova ilə əlaqə saxladıq. Rəhimə Dadaşova ONN media -ya açıqlamasında bildirib ki, məscidlərin və dini məkanların ibadətgaha nə zaman açılacağı ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur: “Bu məsələləri Nazirlər Kabineti yanında Operativ Qərargah gündəmə gətirir və bununla bağlı qərar qəbul etmək səlahiyyəti onlara məxsusdur. Bu haqda bizdə hər hansı bir məlumat olarsa, ictimaiyyətə məlumat verəcəyik”. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun məsələ ilə bağlı cavabı qısa və konkret olub: “Məndə bu haqda hər hansı məlumat yoxdur, bu haqda heç bir şey deyə bilmərəm”. Görünən və gəlinən nəticə ondan ibarətdir ki, bu gedişlə hələ bir müddət məscidlərin və ibadətgahların qapısı inanclı insanların üzlərinə bağlı qalacaq.
Məscidlər açılır? - RƏSMİ



Hacı Şahin Həsənli: "Məscidlərin açılmasını hamıdan çox arzulayırıq, amma..."
Məscidlər nə vaxt açılır? - QMİ-dən açıqlama
Bayram namazı bu saatlarda qılınacaq - RƏSMİ
Məscidlər açılacaq? - RƏSMİ
Məscidlərdə Cümə namazları növbəli qılınacaq
Sabahdan məscidlər AÇILIR
Bayram namazı nə zaman qılınacaq? - AÇIQLAMA
Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək - SƏBƏB
Prezidentdən Allahşükür Paşazadə ilə bağlı - SƏRƏNCAM
QHT RƏHBƏRİ ŞEYXƏ MÜRACİƏT ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 