Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul qaydaları açıqlanıb. Akademiyadan verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına peşə seçiminin bütün tələblərinə cavab verən orta məktəb məzunları olan çağırışçılar, eləcə də respublikanın təhlükəsizlik orqanlarında xidmət edən, zabit hərbi rütbəsi olmayan orta və ya orta-ixtisas təhsilli hərbi qulluqçular qəbul oluna bilərlər. - Hərbi qulluqçular – 18 yaşından 23 yaşınadək; - Orta məktəb məzunları olan çağırışçılar – 17 yaşından 20 yaşınadək. Akademiyaya daxil olmaq istəyən şəxslər dekabr ayının 10-dək ərizə ilə yaşayış yeri üzrə DTX-nin yerli orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra onlarla Akademiyada Mandat Komissiyası tərəfindən peşə seçimi ilə bağlı söhbət aparılır. Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyanın “Əməliyyat işçilərinin hazırlanması” və “İnformasiya təhlükəsizliyi” fakültələrinə (“Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə) qəbul olunmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarında I və III ixtisas qruplarına qəbul imtahanı verirlər. İmtahanlarda yüksək bal toplayan abituriyentlər Akademiyaya qəbul olunurlar. Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada təhsil isə Azərbaycan dilində aparılır. Akademiyaya qəbul olunan kursantlar tam dövlət təminatına götürülür, hərbi geyim forması, gündəlik yemək və yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan kursantlar aylıq pul təminatı alırlar.
DTX-nın Akademiyasına qəbul qaydaları açıqlandı



DSX Akademiyasına qəbul elan edildi
Hərbçi olmaq istəyənlərin nəzərinə!
Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
Bu hərbçilərə yeni rütbələr veriləcək
Hərbiçi olmaq istəyənlərə ŞAD XƏBƏR
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ
Gizir olmaq istəyənlərin NƏZƏRİNƏ
MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ
DİQQƏT- Nəticələr elan edildi
Gizir olmaq istəyənlərin NƏZƏRİNƏ
Sabahdan qeydiyyat başlanır
MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 