Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul elan edilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq.
Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulan ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Qeyd edilib ki, Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- ərizə;
- anket (anketdə soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri (şəhər və mobil) və s. göstərilməlidir);
- tərcümeyi-hal;
- özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, h/yoldaşı, övladları, h/yoldaşının atası, anası, bacısı, qardaşı və s.) şəxsiyyət vəsiqələrinin surətləri;
- attestatın notariat orqanları tərəfindən təsdiq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
- orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təsdiq edilmiş surəti;
- yaşayış yerindən arayış;
- doğum haqqında şəhadətnamənin surəti;
- valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti;
- 4 (dörd) ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3x4 sm ölçüdə).
Məlumatda qeyd olunub ki, DSX-nin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün –
- 2022-ci ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
Hərbi xidmətdə olanlar üçün –
- DSX Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
"Müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar. Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və ya DSX-nin yaxınlıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələrinə təqdim edilməlidir", - DSX-dən bildirilib.



DTX-nın Akademiyasına qəbul qaydaları açıqlandı
DSX akademiyasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
SON DƏQİQƏ: İmtahan nəticələri ELAN EDİLDİ
Ali hərbi məktəbə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Ali təhsil müəssisələrinə qəbul imtahanları ilə bağlı DƏYİŞİKLİK EDİLDİ
DİQQƏT- Nəticələr elan olundu
Bu şəxslərin DİQQƏTİNƏ: Xidmətə qəbul elan edildi
Magistratura səviyyəsində yeni ixtisas
DİQQƏT- Nəticələr elan edildi
Ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatdı
Magistraturaya və doktoranturaya qəbul imtahanının vaxtı açıqlanıb
DİM 10 və 11 iyunda keçirilən imtahanların nəticələrinı açıqladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 