Alim-gerontoloqlar Vladimir Xavinson və Svetlana Trofimova insanın müəyyən qidalara aslılığının müəyyən xəstəliklərə işarə etdiyini açıqlayıb. ONN media bildirir ki, "Rusiya-1” telekanalının efirində mütəxəssislər pendir və digər mayalanmış süd məhsullarına meylliliyin osteoporoz - sümük toxumasının quruluşunun pozulduğunu göstərdiyini qeyd edib. Onların sözlərinə görə, bu cür qidalarda çox miqdarda kalsium və fosfor var ki, ağartı məhsullarını yemək istəyi də bədənin onlara çatışmazlığından qaynaqlanır. Mütəxəssislər əlavə edib ki, pendir yüksək kalorili qidadır, buna görə tərkibində faydalı elementlər olan brokkoli də onun sağlam əvəzləyicisi ola bilər. Bundan əlavə, alimlər tez-tez şokolad yemək istəyinin insanın xroniki stress vəziyyətində olması ilə əlaqəli ola biləcəyini açıqlayıb. Bu məhsulda halsızlığı aradan qaldırmağa kömək edən amin turşusu triptofan var. "Şirin kartof, ispanaq, kişmiş, qaraciyər və yulaf kifayət qədər miqdarda triptofan ehtiva edir”, - mütəxəssislər məsləhət görüb. Onlar həmçinin bildirib ki, acılı yemək istəyi bədəndə infeksiyaın və ya metabolik pozğunluğun ola biləcəyini göstərir. Bu vəziyyətdə mütəxəssislər kələm turşusu yeməyi məsləhət görüb. Duzlu yemək yemək istəyi isə dehidrasiyadan xəbər verir. Odur ki, elm adamları gündəlik bədənin çəkisindən asılı olaraq lazımi miqdarda su içməyi məsləhət görürlər. Dondurma istəyi mədə-bağırsaq traktının problemlərini göstərə bilər. Mütəxəssislərin fikrincə, yüksək kalorili dondurma müxtəlif taxıl - yulaf, düyü və qarabaşaq yarması ilə əvəz edilə bilər.
Gizli xəstəlikləri İFŞA EDƏN QİDALAR BUNLARDIR



Sümükləri gücləndirən QİDALAR
Səhərlər pendir yemək nəyə faydalıdır? - 7 möcüzəvi sirr
Bu şəxslərə şirniyyat yemək qadağandır
Yeməkləri bu şəkildə yemək ürəyə ziyandır
Oruc zamanı əti hansı qidalar əvəz edə bilər? - Mütəxəssis AÇIQLADI
Bu insanlar naringi yeyə bilməz - MÜTLƏQ OXUYUN
Bu diyeta və qidalar ürəyi məhv edə bilər - Kardioloq
Gənc dərinin və sağlam saçların SİRRİ
Çörək yemək sağlamlıq üçün zərərlidir?
Ürəyə faydalı olan 7 QİDA
Qaraciyər piylənməsi in qarşısını necə almalıyıq?
Acı sağlamlığa necə təsir edir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 