Gəncədə oğurluq etdiyi evləri yandırmaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ONN media -ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Cavadxan qəsəbəsində ümumilikdə 6 evdən oğurluq etmiş və cinayət izlərini itirmək məqsədi ilə həmin fərdi yaşayış evlərini yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini Arzu Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov sonuncu dəfə qəsəbə sakini Anar Əliyevə məxsus fərdi yaşayış evinə daxil olaraq oradan 1 030 manat dəyərində müxtəlif ev əşyalarını oğurladıqdan sonra cinayət izlərini itirmək üçün evi yandırıb və nəticədə vətəndaşa külli miqdarda ziyan vurub. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin əlavə 5 oxşar cinayət hadisəsi törətdiyi məlum olub. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib faktlarla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanda evləri yandıran şəxs ƏLƏ KEÇDİ



Gəncədə maşınları soyan şəxs saxlanıldı
Şəhid adından istifadə edən dələduz saxlanıldı
Bakıda evdən 5 500 manat oğurlandı
Şəhid ailəsinin evindən oğurluq edənlər tutuldu
Bakı sakininin bank hesabından pul oğurlanıb
30-cu şöbə əməliyyat keçirdi - HƏBS EDİLƏNLƏR VAR
Azərbaycanda YDM-ə basqın edən maskalı şəxs belə yaxalandı
Şəmkirdə narkotik yetişdirən qadın ƏLƏ KEÇDİ
Tərtərdə əməliyyat - Saxlanılanlar var
Polis əməliyyat keçirdi: saxlanılanlar var
Bakıda evdən 4 min manatlıq qızıl oğurlandı
Bakıda 9500 manatlıq oğurluq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 