Gəncə şəhər Baş Polis İdarəsinin(ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan ONN media -ya verilən məlumata görə RPİ-nə fevral ayının 22-də səhər saat 5 radələrində bir nəfər maskalı, naməlum şəxsin şəhər ərazisindəki yanacaq doldurma məntəqələrindən (YDM) birinə basqın edərək, əlindəki bıçaqla YDM əməkdaşından pul tələb etməsi, istəyinə nail olmadıqda isə YDM-nə benzin tökərək yandırmağa cəhd etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən R. Tağıyev barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.



Mənzilə basqın edib ev sahibinin əl qolunu bağladılar - AZƏRBAYCANDA
Salyanda marketə silahlı basqın - Xəsarət yetirib pul tələb etdilər
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN
Gəncədə maşınları soyan şəxs saxlanıldı
Şəhid adından istifadə edən dələduz saxlanıldı
Azərbaycanda evləri yandıran şəxs ƏLƏ KEÇDİ
Azərbaycanda saxta pullar belə hazırlandı
Abşeronda yanacaq məntəqəsinə basqın
Sumqayıtda evə silahlı basqın edildi
Bakıda quldurluq: Taksi sürücüsünü...
Şəhid ailəsinin evindən oğurluq edənlər tutuldu
Bakının mərkəzində QULDURLUQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 