Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra ölkə vətəndaşlarının şəhərlərarası və regionlararası turistik səfərləri bərpa edilib. Bu barədə ONN media Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. "Ölkədaxili səfərlərin bərpa edilməsi regionlarda fəaliyyət göstərən hotellərdə sıxlığın yaranmasına səbəb olub. Xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq insanların kompakt şəkildə bir məkanda cəmləşməsi onların sağlamlıqları üçün təhlükə yarada bilər. Bununla əlaqədar təhlükəsizlik məqsədilə Dövlət Turizm Agentliyinin qərarı ilə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyətində dəyişiklik edilib. Belə ki, koronavirus (COVID-19) pandemiyasının yayılma ehtimalını minimuma endirmək məqsədilə kompleksdəki xidmətlərdən yalnız hotel rezervasiyası olan qonaqların və mövsümi keçid biletlərinə (skipass) malik olan xizəkçilərin istifadə etməsi mümkündür", - məlumatda deyilir. Dövlət Turizm Agentliyi bir daha istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırır.
Dövlət Turizm Agentliyindən “Şahdağ”la bağlı XƏBƏRDARLIQ



Nazirlər Kabinetindən qərar: "Şahdağ" artıq...
Turizm müəssisələrinə giriş ödənişsiz olacaq
Prezident yeni idarənin yaradılması ilə bağlı fərman imzaladı
Hotellərdə Yeni il şənliklərinin keçirilməsi qadağandı - XƏBƏRDARLIQ
Bu turizm mərkəzlərində yeniliklər edildi
Azərbaycan qış turizminə start verilib
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Nazirlər Kabinetindən yeni qərar
Xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR
Tələbələrdən COVID-19 pasportu tələb olunacaq
Əli Əsədov bu universitetlə bağlı qərar imzaladı
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 