Milli Məclisdə yeni mexanizm formalaşdırılır.
Bu barədə Milli Məclisin Hesablayıcı komissiyasının sədri, deputat Eldar Quliyev məlumat verib.Komissiya sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq yaxın vaxtlarda Milli Məclisin nəzdində Qanunların icrasına nəzarət qrupu yaradılacaq:
“Həmin qrupda müxtəlif sahələri əhatə edən deputatlar təmsil olunacaq”.O xatırladıb ki, ötən ilin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev qeyd etmişdi ki, deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Həmin vaxt dövlət başçısı demişdi:“Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.



Prezidentdən deputatlara TÖVSİYƏ: Qanunlar qəbul olunarkən...
Bu gün Milli Məclisin sədri seçiləcək
Sahibə Qafarova: "İnsanları narahat edən məsələlər Milli Məclisdə qaldırılmalıdır"
Milli Məclisin fəaliyyətində yeniliklər olacaq
Milli Məclisə yeni sədr seçiləcək
Bitərəf deputatlar da Milli Məclisin buraxılmasını təklif etdi
4 partiya sədrinə vəzifə verildi
Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək
İlham Əliyevin müharibə dövründəki çıxışları kitab halında çap ediləcək
V çağırışın FƏAL DEPUTATLARI - SİYAHI
Əlillik dərəcələri ilə bağlı qanunlara dəyişikliklər qəbul edildi
Oqtay Əsədov iclaslara niyə gəlmir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 