Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında beşinci çağırış Milli Məclisin deputatlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib. ONN media xəbər verir ki, sorğu nəticəsində beşinci çağırış Milli Məclisin ən fəal deputatları müəyyənləşdirilib. Jurnalistlərin 4 nominasiya (“İlin ən fəal deputatı”, “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”, “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat”, “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat”) üzrə keçirdikləri sorğunun nəticələri açıqlanıb. Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan bildirib ki, sorğuda Milli Məclisdə akreditasiya olunan 70-ə yaxın jurnalist iştirak edib. Onun sözlərinə görə, bu, PJB-nin sayca 14-cü sorğusudur: “Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirmişik. Bildiyiniz kimi, beşinci çağırış Milli Məclis dövlət başçısı tərəfindən buraxılıb və fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Ona görə də qərara gəldik ki, ötən 4 ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək”. Dörd il ərzində “İlin ən fəal deputatı” nominasiyasının qalibləri mərhum deputat Yevda Abramov, Siyavuş Novruzov, Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa olub. Bu nominasiyanın qalibləri beşinci çağırış Milli Məclis dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər. “Seçici hüquqlarını müdafiə edən ən fəal deputat”nominasiyasının qalibləri Qənirə Paşayeva və Vahid Əhmədov olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardmçı olduqlarına görə müəyyən ediliblər. “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Cavanşir Feyziyev, Bahar Muradova, Azay Quliyev və Tahir Mirkişili olub. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda və beynəlxalq tədbirlərdə fəal təmsil etdiklərinə görə müəyyən ediliblər. “Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əli Hüseynli, Əli Məsimli və Əhliman Əmiraslanovdur. Bu nominasiyanın qalibləri Milli Məclisin ötən 4 ildəki fəaliyyəti dövründə qanunvericilik təşəbbüsü ilə çıxış etdiklərinə görə müəyyən edilib.
V çağırışın FƏAL DEPUTATLARI - SİYAHI



Fəal olsaq, qarşısını alarıq - Paşayevadan çağırış
Bu gün Milli Məclisin sədri seçiləcək
YAP niyə bu dairələrdən namizəd irəli sürmədi? – SƏBƏB
Deputatlara “Parlament” medalı verildi
Deputatların maaşları ilə bağlı RƏSMİ AÇIQLAMA
Deputatların maaşları artırıldı
Sahibə Qafarova: "İnsanları narahat edən məsələlər Milli Məclisdə qaldırılmalıdır"
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
İcazəsiz “qayıb” alan deputatların adları ictimailəşdiriləcək
Deputatlar MM- ə çağırıldı- SƏBƏB?
MM sədrinin müavinləri onlar oldu - Adlar
Milli Məclisə seçkilərdə yəhudilər də iştirak edəcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 