"Speys" televiziyasının efirində nümayiş olunan və yayımı qalmaqallara səbəb olan "Amaci" (“Bu zalım dünyada doğulma”) serialının yayımı dayandırılıb. ONN media xəbər verir ki, serialın yayımının dayandırılması ilə bağlı qərar Vaqif Mustafayevin telekanalın rəhbəri postundan getməsindən sonra verilib. Məlumata görə, serialın yayımı hələ Vətən müharibəsi dövründə cəmiyyətdə çoxsaylı tənqidlər səbəb olmuşdu. Onun efirdən yığışdırılmasında bu amilin xüsusi rolu olub. Qeyd edək ki, Hindistan istehsalı olan məşhur serial 2009-cu ildə lentə alınıb. Serialın 2012-ci ildən Azərbaycan teleməkanında nümayişinə başlanılsa da, bir müddət yarımçıq qalıb. Daha sonra ölkədə əcnəbi serialların yayımına qadağa qoyulub. 2020-ci ilin avqust ayında Milli Televiziya və Radio Şurasının qərarına əsasən, ölkədə fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımı bərpa olunub. Beləliklə, "Amaci" yenidən efirə qayıtsa da, o, bu dəfə də sonacan nümayiş oluna bilməyib. Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev "Speys" televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb. O, 2006 - 2021-ci illərdə bu vəzifəni icra edib.(report)
Mustafayev getdi, bu serialın yayımı dayandırıldı



Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa edilir - Bu tarixdən...
"Niyə?" serialının yayımı dayandırıldı - SƏBƏB?
ARB TV- nin yayımı dayandırılıb
ATV- nin yayımı dayandırıldı
Azərbaycanda bu televiziya kanalının yerüstü yayımı dayandırıldı
Lider TV telekanalının yayımı dayandırıldı
Azərbaycanda iki telekanalın yayımı dayandırılacaq - QƏRAR
Məşhur verilişin yayımı dayandırıldı
ARB və "Xəzər" TV-nin yayımı dayandırılacaq - QƏRAR
Bu TV kanalının yayımı dayandırılır
Azərbaycanda telekanallara ayrılan vəsaitin məbləği məlum oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 