Sosial şəbəkələrdə paytaxtın Nizami rayonunda yerləşən “Muğam ocağı” restoranında təşkil olunan şənliyin görüntüləri yayılıb.
ONN media xəbər verir ki, bununla bağlı DİN-dən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə yayılan videogörüntülər araşdırılaraq, obyektin icarədarı, tədbirin təşkilatçıları və iştirakaçıları müəyyən olunub, müvafiq polis orqanına dəvət olunaraq inzibati məsuliyyətə cəlb olunublar.
Fevralın 5-də xüsusi karantin rejim qaydalarını pozaraq, ətriyyat şirkətlərindən birinin bir qrup əməkdaşı toplaşaraq, “karantin rejiminin bitməsi bayramı” adı altında şənlik keçiriblər.
Restoranın icarədarı və xidmət personalı ilə profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi onların diqqətinə çatdırılıb.
Ümumilikdə 15 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) protokol tərtib edilib.
Qanunvericiliyə uyğun olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində 200 manat məbləğində inzibati tənbeh tədbirləri tətbiq olunub.



Sumqayıtda restoran sahibi həbs edildi
"Neolit"də toy keçirildi - Aparıcı koronavirus xəstəsi çıxdı - VİDEO
Ad günü keçirən qadınlar tutuldu
Qubada restoranda 13 nəfər cərimələndi
Azərbaycanda "Qəsr"də toy edənlər belə ƏLƏ KEÇDİ
Daha 81 toyda monitorinq aparıldı
Polis daha 62 toyda yoxlama apardı
Polis Balakəndə restoranda toya basqın etdi
Toylara görə 2 nəfər həbs edildi, 100 nəfər cərimələndi
Azərbaycanda 119 nəfər toya buraxılmadı
Polis Tovuzda 2 toy aşkar etdi - İŞTİRAKÇILAR CƏRİMƏLƏNDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 