Paytaxtın Nizami rayonunda xüsusi karantin rejim qaydalarına əməl edilməyən şadlıq saraylarının birində toy mərasiminin keçirilməsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitar-gigiyena və karantin rejim qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb. Ümumilikdə 85 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Toy sahibləri (qudalar), mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsidə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, toplanmış materiallar isə Nizami Rayon Məhkəməsinə göndəriləcək. İlkin araşdırma zamanı müəyyən olunub ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədov aktiv koronavirus infeksiyasının daşıyıcısıdır. "Report"un əldə etdiyi məlumata görə, toy mərasimi "Neolit" restoranında olub. https://youtu.be/CUYr4McgpTs
"Neolit"də toy keçirildi - Aparıcı koronavirus xəstəsi çıxdı - VİDEO



“Dost qapısı”nın qapıları BAĞLANDI
Ad günü keçirən qadınlar tutuldu
Bakıda binanın damında kabab bişirənlərin aqibəti necə oldu?
Goranboyda GİZLİ TOY: 5 nəfər saxlanıldı
"Karantin rejiminin bitməsi bayramı"nı qeyd edənlər CƏRİMƏLƏNDİ - RƏSMİ
Polis Şəmkirdə toy məclisinə basqın etdi
Polis Tovuzda 2 toy aşkar etdi - İŞTİRAKÇILAR CƏRİMƏLƏNDİ
Polis Hadı Rəcəblinin obyektində əməliyyat keçirdi - CƏZA ALANLAR VAR
Sumqayıtda restoran sahibi həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 