İlkin məlumatlara əsasən, ölkə ərazisində qarlı hava şəfraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Fevralın 19-dan gündüz saatlarından yağıntılar tədricən kəsiləcək. ONN media xəbər verir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. G.Məmmədova qeyd edib ki, fevralın 17 və 18-də Bakıda və bölgələrdə hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntıların güclü və intensiv olacağı gözlənilir. Rayonlarda yolların buz bağlayacağı gözlənilir. Onun sözlərinə görə, artıq qonşu ölkələrdə hava şəraitinin dəyişməsi müşahidə edilir, bəzi ərazilərdə qar yağır: "Belə hava şəraitinin bu gün paytaxtda da müşahidə edilməsi gözlənilir. Artıq dağlıq rayonlarda qar yağması müşahidə edilir. Şahdağda artıq qarın hündürlüyü 4 sm-ə çatıb. Paytaxtda da bugün hava arabir yağıntılı olacaq. Bəzi yerlərdə sulu qar yağacaq, axşama doğru isə qara keçəcək". G.Məmmədova deyib ki, bu gün paytaxtda güclü şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti 15-20, arabir 23-25, axşama doğru isə yarımadanın bəzi yerlərində 28-30 metr/saniyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə artıq 5-10 dərəcə aşağı enib. Günorta saatlarında temperaturun 1-3 dərəcədən yüksək olacağı gözlənilmir. Direktor əlavə edib ki, sabah da bölgələrdə, eləcə də Bakıda qarlı hava şəraiti davam edəcək. Sabah Bakıda fasilələrlə sulu qar və qar yağacaq. Güclü şimal-qərb küləyi gecə və səhər saatlarında müşahidə olunacaq. Günortadan sonra küləyin tədricən mülayimləşəcəyi proqnozlaşdırılır. Fevralın 19-da gün ərzində Bakıda, eləcə də bölgələrdə hava şəraitində sabitlik yaranacaq, hava əsasən, yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Qarlı hava neçə gün davam edəcək? - RƏSMİ AÇIQLAMA



Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - Açıqlama
Qarlı hava nə vaxta kimi davam edəcək?
Soyuq hava nə vaxta kimi davam edəcək?
Yağışlı hava nə vaxta qədər davam edəcək?
Hava ilə bağlı XƏBƏRDARLIQ
Hava ilə bağlı XƏBƏRDARLIQ
İstirahət günlərində hava necə olacaq?
Növbəti iki gün hava necə olacaq?
Temperatur 10 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq
Bakıda sulu qar, qar yağacaq - HAVA KƏSKİN DƏYİŞİR
Hava yenidən PİSLƏŞİR: Fevralın 23-ü... - XƏBƏRDARLIQ
HAVA XƏBƏRDARLIĞI: Bakıya qar yağacaq, 20 dərəcə şaxta olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 