Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.
Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəyişəcəyi proqnozu ilə bağlı dağlıq və dağətəyi rayonlardan keçən avtomobil yolları buz bağlaya bilər: “Sürücülərdən xahiş edirik ki, həmin yollardan istifadə edərkən avtomobillərini qış rejiminə uyğun təchiz etsinlər. Təcrübəsiz sürücülər və avtomobili qış rejiminə uyğun olmayanlar bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə etməsinlər. Həmin şəxslər əsasən aran rayonlarından keçən avtomobil yolları ilə hərəkətə üstünlük versin”.
A.Nəcəfli bildirib ki, hazırda Azərbaycan ərazisindəki hər hansısa avtomobil yolunda problem yaranmayıb, hərəkət normaldır: “ Hava şəraitinin axşama doğru dəyişməsi nəticəsində problemlər yarana bilər. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan bütün maşın - mexanizmlər, texnikalar hazır vəziyyətə gətirilib, kifayət qədər duz-qum avtomobil yollarının kənarlarına hazır vəziyyətdə yığılıb. Hər hansısa yolda problem yaranarsa, agentlik əməkdaşları problemi aradan qaldırmağa hazırdırlar.
Sürücülərdən də xahiş edirik ki, bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən istifadə etməsinlər. Əks halda, onların hərəkətində problemlər yarana bilər”.



Bu yollar nəzarətə götürüldü
AAYDA gücləndirilmiş iş rejiminə keçdi
AAYDA qarlı havaya görə gücləndirilmiş rejimə keçdi
Yol polisindən sürücülərə xəbərdarlıq
Polisdən XƏBƏRDARLIQ
Səhərə doğru yollar buz bağlaya bilər - Anar Nəcəfli
Qar şimaldan Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib
BNA sürücülərə müraciət etdi
20 Yanvar dairəsindəki işlər nə vaxt yekunlaşacaq?
Sürücü və piyadalara XƏBƏRDARLIQ
Bakıda bu yol təmirə bağlandı
Yol polisindən sürücülərə VACİB MÜRACİƏT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 