Qarlı hava şəraiti bəzi yollarda, xüsusi ilə yüksək dağlıq ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, hazırda yollarda ciddi problemlər müşahidə edilmir. Bununla belə, A.Nəcəfli qeyd edib ki, buz bağlayan yollarda duz-qum qarışığı səpilir, qarın təmizlənməsi istiqamətində işlər görülür.
"Ümumiyyətlə dağlıq ərazilərdə yerləşən avtomobil yollarının əksəriyyətində qar yağır. Yollarda nəqliyyatın hərəkətində müəyyən çətinliklər var. Amma bütövlükdə yollar tam açıqdır. Mən hazırda Bakı-Şamaxı yolundayam. Bu yolda bəzi ərazilərdə külək əsir, yolda qar örtüyünün əmələ gəlməsinə səbəb olur. Bu yol boyu texnikalarımız işləyir. Adıçəkilən yolda heç bir problem yoxdur. Qısamüddətli müəyyən problemlər ola bilər. Sadəcə olaraq bəzi sürücülərin qarlı hava şəraitinə hazır olmaması müəyyən problemlərin yaranmasına səbəb olur. Belə ki, qış mövsümünə hazırlıqlı olmayan sürücülər var ki, qarlı havada yola çıxıblar, qəza durma işığını yandıraraq çox aşağı sürətlər hərəkət edirlər. Çünki, avtomobil şinlərinin protektoru yeyilmiş haldadır, başqa sözlə, avtomobil qış şinləri ilə təchiz edilməyib Hazırlıqlı sürücülər isə yollarda heç bir problemlə üzləşməyib", - deyə A.Nəcəfli vurğulayıb.
Agentlik rəsmisi əlavə edib ki, yolların buz bağlama ehtimalı olduğuna görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək: "Yüksək dağlıq ərazilərinin hamsında qar yağdığına görə müəyyən problemlər var. Temperatur mənfiyə düşdüyünə görə külək tutan, enişli-yoxuşlu yolların, körpülərin buz bağlama ehtimalı çoxdur. Düzdür, hazırda ciddi problem yoxudr. Amma gecə və səhərə doğru yollar buz bağlaya bilər. Bizim əməkdaşlar gecə saatlarınadək yollarda işləyəcək. Nəqliyyatın hərəkətində çətinliyin olmaması üçün səhər saatlarından etibarən Agentliyin əməkdaşları yolların qardan təmizlənməsi işinə başlayacaq".



Sürücülərə hava şəraiti ilə bağlı VACİB XƏBƏRDARLIQ
Bu ərazilərdə yollar buz bağlad
Bu yollar nəzarətə götürüldü
Qar şimaldan Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib
AAYDA bu yollarla bağlı hərəkətə keçdi
Avtomobil yollarındakı SON VƏZİYYƏT
Bu yolları qar-buz tutdu, hərəkət çətinləşdi
Qar hansı yolları bağlayıb? - AÇIQLAMA
Azərbaycanın avtomobil yollarındakı vəziyyət AÇIQLANDI - Bu yollar BUZ BAĞLADI
Yollardakı son durum necədir?
DYP-dən qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 