"Vor zakon” statusu daşımağa görə cinayət məsuliyyəti və sanballı cəza nəzərdə tutulan qanunların Rusiya, Ukrayna və Gürcüstanda qəbul edilməsi postsovet məkanının digər ölkələrində cinayətkar aləmin liderləri arasında qarşıdurmanı şiddətləndirə bilər. ONN media xəbər verir ki, bunu keçmiş rusiyalı kriminal avtoritet və qanqster Mixail Orskiy (90-cı illərdə Orsk bandasının liderlərindən olub) ura.ru saytına açıqlamasında deyib. Mixail Orskiy “Rus qanqsterinin güzəranı” adlı kitabın müəllifidir və kriminal aləm üzrə ekspert-konfliktoloq kimi fəaliyyət göstərir. Onun fikrincə, Rusiya, Ukrayna və Gürcüstandan “vor zakon”lar bu statusa görə cinayət məsuliyyətinin nəzərdə tutulmadığı ölkələrə, xüsusən də Ermənistana və Azərbaycana qaçırlar. Amma Mixail Orskiy hesab edir ki, həmin ölkələrdə gizlənən kriminal avtoritetlərin digər problemləri meydana çıxa bilər. “Mən buna şübhə edirəm ki, Azərbaycanda kriminalın liderləri onların ölkəsinə Rusiya, Gürcüstan və ya Ukraynadan yüzlərlə kriminal avtoritet axın etsin. Sıxlıq olacaq. O ana-Rusiya idi ki, hamını qoynuna almışdı”,-Orskiy deyib. Kriminal dairələrə yaxın mənbə isə deyib ki, kriminal avtoritetlər Azərbaycana və Ermənistana ancaq bir halda axın edə bilər-əgər onlar Avropa ölkələrində özlərinə güzəran qura bilmirlərsə. Belarusda isə ümumiyyətlə gizlənməyə dəyməz. Çünki bu ölkədə “vor zakon”lara qarşı qanun olmasa da kriminal aləmin nümayəndələri Belarusda hüquq-mühafizə orqanlarının hədəfinə olacaqlar. “Onlar sadəcə olaraq yoxa çıxa bilərlər”,-mənbə deyib. “Vor zakon”lara qarşı qanun Rusiyada prezident Putinin təşəbbüsü ilə 2019-cu ildə qəbul olunub. Gürcüstanda isə belə qanun hələ Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən az sonra qəbul edilmişdi. (Virtualaz.org)
Rusiya, Ukrayna və Gürcüstandakı "vor-zakon"lar Azərbaycana AXIŞIR?



"Albert Rıjının" ölümündən sonra KRİMİNAL ALƏMDƏ NƏLƏR GÖZLƏNİLİR
Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi
İrəvanda 50-dən çox kriminal avtoritet saxlanıldı
Ukrayna - Rusiya danışıqları başladı
Həbsdə olan məşhur kriminal avtoritet qardaşının yasına belə gəldi
Məşhur qırğız avtoritet öldürüldü
Ukrayna prezidentindən rusiyalı həmkarına TƏKİLİF
Rusiya və Ukrayna arasında danışıqlar videoformatda keçirilir
Heydər Əliyev avtoritetlər haqda demişdi ki... - Şeyx
Kriminal avtoritetin qardaşı öldürüldü
Qulinin güllələnən dostu öldü
Putin-Zelenski görüşü yaxın həftələrdə baş tuta bilər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 