Fevralın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib. ONN media Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə malik olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu münasibətlərin daha da genişlənməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdıran daxili işlər naziri V.Eyvazov beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində dost və qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyini məmnunluqla qeyd edib. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir, iki dost ölkənin daxili işlər nazirlikləri arasında da son illər sıx münasibətlərin mövcüdluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin, bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Səmimi qəbula görə təşəkkür edən Bilal Haye dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib. Burada fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanda mövcud olan əmin-amanlıqdan, təhlükəssiz şəraitdən razılığını ifadə edən səfir əməkdaşlığın bütün sahələrdə daha da inkişafına öz töhfəsini verəcəyini diqqətə çatdırıb. Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Vilayət Eyvazov Pakistan səfiri ilə görüşdü



Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi
Eyvazov türkiyəli generalla görüşdü
Azərbaycanın yeni daxili işlər naziri təyin edildi
Vilayət Eyvazov sıra baxışı keçirdi
Bayramov Pakistanın Prezidenti ilə görüşdü
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Eyvazov generalı vəzifəsindən azad etdi
Vilayət Eyvazov sıra baxışı keçirdi
Zakir Həsənov Əfqanıstanın yeni səfiri ilə görüşdü
Vilayət Eyvazov onu komandir etdi
Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 