İyulun 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görəcəyi işlərdə ona uğurlar arzulayıb.
Müdafiə naziri Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edərək hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyini bildirib.
Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında iştirakını diqqətə çatdıran general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Əfqanıstana nəqliyyat və logistik dəstəklə yanaşı Azərbaycanın eyni zamanda NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə yardımı ilə də töhfə verdiyini qeyd edib.
Azərbaycanın ərazi bütövlüyü məsələsində Əfqanıstanın hər zaman açıq mövqe nümayiş etdirdiyini qeyd edən Müdafiə naziri ölkəmizin ədalətli mübarizəsini dəstəklədiyinə görə qardaş Əfqanıstan xalqına təşəkkürünü bildirib.



Zakir Həsənov Çin səfiri ilə görüşdü
Zakir Həsənov Yaponiya səfiri ilə görüşdü
Yeni hərbi attaşe nazirə təqdim edildi
Zakir Həsənov İordaniya kralı ilə görüşdü
Zakir Həsənov Andrey Ravkovla görüşdü
Zakir Həsənov Özoralla görüşdü
Zakir Həsənov türkiyəli nazir müavini ilə görüşdü
Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü
NATO təmsilçisi Zakir Həsənovla görüşdü: “Qətiyyətli dəstək” üçün minnətdarlıq
Zakir Həsənov pakistanlı komandanla görüşdü
Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 