Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar zamanı Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olan torpaq sahəsinin işbazlar və müxtəlif vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanması, burada müxtəlif təyinatlı tikililərin inşa edilməsi faktı aşkar edilib. ONN media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov açıqlamasında bildirib ki, təşkil edilmiş komissiya tərəfindən ərazidəki müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb: “Araşdırmalar nəticəsində müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi qüvvəsi tərəfindən 2 gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib. Qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib". İcra nümayəndəsi onu da vurğulayıb ki, işlərin aparılmasında əsas məqsəd qanunsuz torpaq zəbt edilməsi hallarının qarşısının alınması, paytaxtın daha da gözəlləşdirilməsi, vətəndaşların istirahətinin səmərəli təşkilidir: “Bu tədbirlər paytaxtın digər rayonlarında da keçirilir”.
Qeyd olunub ki, BŞİH tərəfindən şəhərin rayonlarında ayrı-ayrı işbazlar, vətəndaşlar tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi ilə bağlı işlər davam etdiriləcək.(apa.az)Bakıda qanunsuz tikili və hasarlar sökülür



Meriya bu dəfə Binəqədi rayonundakı zeytunluq ərazisini təmizlədi
Bakı və Abşeronda qanunsuz tikililər söküldü
Bakı və Abşeronda daha iki qanunsuz tikili söküldü
Qanunsuz tikintinin qarşısı alındı
Abutalıbovun sərəncamı ləğv edildi
Bakıda ilk qardan sonra geniş təmizlik aparıldı
Bakıda iki icra başçısına xəbərdarlıq edildi
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi - FOTO
Bu gün Bakının 549 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyəti şadlıq sarayını cərimələdi
Uşaq bağçaları ilə bağlı xəbər var
Eldar Əzizov “Passage-145”-ə gedib, oranı bağlatdırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 