Hesab edirəm ki, səfərimiz kifayət qədər uğurlu oldu. Azərbaycanın hüquq-mühafizə orqanları ilə Türkiyənin, xüsusilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu ilə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələrimiz oldu, fikir və təkliflərimizi bir-birimizə bildirdik. Bildiyiniz kimi, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildik. ONN media xəbər verir ki, bu sözləri Türkiyə Respublikasına rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Azərtac-a müsahibəsində deyib. Görüşlərdə mühüm məsələlərin müzakirə olunduğunu və əhəmiyyətli qərarların qəbul edildiyini vurğulayan Baş prokuror bildirib: “Müzakirə etdiyimiz təklifləri Türkiyə Prezidenti ilə görüşümüzdə də səsləndirdik. Bunlar nədən ibarətdir? Hesab edirik ki, yeni mərhələdə Azərbaycan və Türkiyə prokurorluqları arasında münasibətlərin daha da intensivləşməsi, daha faydalı olması üçün kifayət qədər əsaslar var. Təbii ki, bu, ilk növbədə ikinci Qarabağ müharibəsinin nəticələri və sonrakı fəaliyyətlərimizlə bağlıdır. Qərara aldıq ki, gələcəkdə münasibətlərimizi həm ikitərəfli formatda, həmçinin beynəlxalq qurumlar çərçivəsində inkişaf etdirək. Ən mühüm məsələlərdən biri odur ki, həmkarım, Türkiyənin Baş prokuroru Bəkir Şahinlə qarşıdakı illərdə türkdilli ölkələrin Baş Prokurorları Şurasının yaradılması üzərində işləmək və türkdilli ölkələrin baş prokurorlarının illik ümumi konfransının keçirilməsini təşkil etmək barədə razılığa gəldik. Hesab edirik ki, bu, çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Təbii ki, digər məsələlər də müzakirə olundu. Konkret cinayət işləri üzrə əməkdaşlıq, ekstradisiya məsələləri müzakirə edildi. Hesab edirəm ki, bizim faydalı əməkdaşlığımız həm dövlətlərimizin, həm xalqlarımızın və həm də hər iki dövlətin prokurorluqlarının mənafeyinə xidmət edir”.
Kamran Əliyev Ərdoğanla görüşündən danışdı



Ərdoğan Kamran Əliyevi qəbul etdi
Kamran Əliyev Türkiyə baş prokurorunu təltif etdi
Kamran Əliyev Türkiyəyə rəsmi səfər etdi
İlham Əliyev Bəkir Şahini qəbul etdi
Ankarada təkbətək görüş: "Bu məsələ ciddi şəkildə müzakirə olunub"
Türkiyə və Ukrayna arasında tarixi müqavilə...
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Azərbaycan və Türkiyə prezidentləri Ukraynadakı vəziyyəti müzakirə etdi
Ərdoğandan SON MESAJ: "Buradan Azərbaycana..."
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi - YENİLƏNİR
Ərdoğan bu gün Azərbaycana səfərə gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 