ABŞ bankları – “JPMorgan Chase & Co.” və “Goldman Sachs” neftin qiymətinin bir barrel üçün 100 ABŞ dollara yüksələcəyini proqnozlaşdırır. ONN media xəbər verir ki, iqtisadçılar pandemiyanın təsirlərinin azalması ilə xammal bazarında yeni “supertsikl”in başlayacağını düşünürlər. “Önümüzdəki illərdə əvvəlcə neftə ehtiyacımız çoxalacaq və təklif tələbi ödəməyəcək. Amma sonra neftə heç ehtiyacımız da olmayacaq. Bu dövrdə neftin bir barrelinin 100 ABŞ dollar və ya daha çox olacağını görə bilirik”, - “JPMorgan”ın neft-qaz sektorunun başçısı Kristian Malek deyib. “Financial Times” yazır ki, xammalın qiyməti son dəfə 2014-cü ildə belə həddə çatıb. Bu cür böyümənin ilkin şərtləri neftə tələbatı dəstəkləyəcək büdcə stimulları olacaq. Tələb və təklif arasındakı fərq qiymətlərin sürətlə artmasına səbəb olacaq və yeni “supertsikl”in yaranmasına xidmət edəcək. Bu da neft bazarının tamamilə çevrilməsi və COVID-19 pandemiyasından qurtulması demək olacaq. Qeyd edək ki, bu gün səhər saatlarında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 65,09 dollar/barrel (+1,17%), VTİ markalı neftin mart fyuçerslərinin qiyməti isə 61,72 dollar/barrel (+0,95%) təşkil edib.(axar.az)
Neftin bir bareli 100 dollar olacaq - PROQNOZ



Dünya bazarında neftə tələb artdı - Ekspert
Neftin qiyməti açıqlandı
“İran gərginliyi” neft birjalarını çalxaladı
Azərbaycan nefti də bahalaşdı
Neftin qiyməti 100 dollara çata bilər - Putin
Neft niyə kəskin ucuzlaşdı?
Neftin qiyməti ilə bağlı şad xəbər
Dünya birjalarında neftin qiyməti
İqtisadçı deputat: “Neftin hazırkı qiymətləri müvəqqətidir”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 