ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib. ONN media xəbər verir ki, şəhərin meri xanım Coy Kuper tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır. Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Xocalı qətliamının Amerikanın 20 ştatı tərəfindən tanındığı qeyd olunur. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün mer Coy Kuper 2021-ci il fevralın 26-nı Hallandeyl-Biç şəhərində Xocalı qırğınının 29-cu ildönümü günü elan edib. Sənəd Florida ştatının Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramovaya təqdim olunub. Qeyd edək ki, hazırda ABŞ Azərbaycanlıları Şəbəkəsi illik Amerika ictimaiyyətinin Xocalı qətliamı haqqında məlumatlandırma kampaniyasını keçirir.
ABŞ-da daha bir mer Xocalı soyqırımı ilə bağlı QƏRAR VERDİ



Hökümət rəsmiləri Xocalı Soyqırımı abidəsini ziyarət ediblər
Xocalı soyqırımından 30 il ÖTÜR
Xocalı qurbanlarının xatirəsi Şuşada anıldı
Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi
XİN və Baş Prokurorluq Xocalı faciəsilə bağlı bəyanat yaydı
Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz
Xocalı soyqrımından 27 il ötür
Xocalıda soyqırımına həsr olunan abidə ucaldılacaq
Xocalı soyqırımını hansı ölkələr tanıyır?- SİYAHI
Bu faciə yaddaşımızdan silinməyəcək - Mehriban Əliyeva
Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı
Bakıda prezidentin iştirakı ilə ümumxalq yürüşü keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 