Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də başlanıldı. Əvvəlcə həkimlər peyvənd vurdurdular. Fevralın 8-dən isə xüsusi risk qrupunda olan 65 yaşdan yuxarı vətəndaşlar prosesə qoşulmağa başladılar. Təbii ki, vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilir. Son günlərdə prosesə daha bir yaş qrupu əlavə olundu. 50 yaş və daha yuxarı şəxslər də poliklinikalara üz tutmağa başlayıb. Bəs vaksinasiya prosesi hazırda nə yerdədir? Paytaxtdakı poliklinikalardan son durumu öyrənməyə çalışdıq. 9 saylı Şəhər Poliklinikasından bildirildi ki, vaksinasiya prosesi normal şəkildə davam etdirilir. Hər gün onlarla xüsusi risk qrupunda olan şəxs vaksin vurdurmaq üçün xəstəxanaya gəlir. 10 saylı Şəhər Poliklinikasının həkimləri isə sahə üzrə insanlara çağırışlar edirlər. Onları vaksin vurdurmağa çağırırlar. Poliklinikadan verilən məlumata görə, hər gün 100-150 nəfər peyvənd olunur. Adıçəkilən poliklinikada revaksinasiya mərhələsinin başlanıldığı da bildirildi. 11 saylı Şəhər Poliklinikasında da vəziyyət ürəkaçandır. Peyvənd olunanların sayında gündən-günə artım olduğu vurğulandı. 12 saylı Şəhər Poliklinikasından isə bildirildi ki, bu haqda səhiyyə ocağına rəsmi məktub göndərilməlidir və ondan sonra ictimaiyyətə məlumat vermək səlahiyyətinə sahibdirlər. Bir sözlə, adıçəkilən poliklinikada vaksinasiya ilə bağlı son durumun nə yerdə olduğunu öyrənə bilmədik. 14 saylı Şəhər Poliklinikasında da gün ərzində onlarla insana vaksin vurulduğu, həkimlərin və sahə üzrə icra nümayəndələrinin insanlara vaksin vurdurmaq üçün çağırış etdiyi bildirildi. 15 saylı Şəhər Poliklinikasından bildirildi ki, təkcə hər gün günün birinci yarısında 80-ə yaxın şəxsə peyvənd vurulur. İnsanlar bu sahə üzrə fəallıq nümayiş etdirir. Verilən məlumata görə, xüsusi risk qrupunda olan insanlar arasında artıq vaksinasiya üçün könüllü müraciət edənlərin sayı da artıb. Baş həkimin prosesə birbaşa nəzarət etdiyi qeyd olundu.
Vaksinasiya ilə bağlı poliklinikalarda SON DURUM



Azərbaycanda bu şəxslər məcburi şəkildə vaksinasiya olunacaq
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı
Bakıda peyvənd olunacaq müəllimlərin sayı MƏLUM OLDU
Azərbaycanda məhkumların 98 faizi vaksin olunub
Bu şəxslərə evlərində peyvənd vurulacaq - TƏBİB
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda neçə nəfər peyvənd olunub?
Azərbaycanda bir gündə 65 269 nəfər vaksinasiya olundu
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda daha 29 min nəfərə peyvənd vuruldu
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 