Ermənistanda müxalifətin hökumət əleyhinə kütləvi etirazları yenidən başlayıb. ONN media xəbər verir ki, nümayişçilər küçələri bağlayaraq nəqliyyatın hərəkətinə mane olub. Fəallar "Nikolsuz Ermənistan" şüarları səsləndirir. Daşnaksütyun Partiyasının üzvü Gerasim Vardanyanın sözlərinə görə, etiraz aksiyaları Nikol Paşinyan və komandası hakimiyyətdə olduğu müddətcə davam edəcək. Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri hökumət başçısı vəzifəsinə Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyanın namizədliyini irəli sürüb. Müxalifət hökuməti istefaya göndərməyi, müvəqqəti hökumət qurmağı və sonra erkən seçki keçirməyi təklif edir. Öz növbəsində, hökumət ilin sonunda Nazirlər Kabinetinin istefasını gözləmədən bu il növbədənkənar parlament seçkilərinin təşkili təklifi ilə çıxış edib. Müxalifət qüvvələri onların nəticələri saxtalaşdıracağına inanaraq bu seçimlə razılaşmayıb. Nəticədə Paşinyanın komandası erkən seçki fikrindən imtina edib.
GƏRGİNLİK DAVAM EDİR: Erməni xalqı küçələri BAĞLADI



Paşinyan kütləvi həbsləri başlatdı - Ermənistanda GƏRGİNLİK ARTIR
Paşinyanın hakimiyyətdən getməmək üçün YENİ PLANI NƏDİR?
Ermənistanda ümummilli tətil elan edildi, minlərlə insan...
Müxalifətçilər Ermənistanın hökumət binasında - VİDEO
Paşinyan GERİ ADDIM ATDI: Ermənistan növbədənkənar seçkilərə gedir
İrəvanda vəziyyət çətinləşir- Növbəti hədəf isə...
İrəvan QARIŞDI: Aeroport yolunu bağladılar və...
Müxalifət Paşinyana 4 istiqamətdən hücuma keçdi - İrəvan AYAĞA QALXDI
İrəvanda Paşinyana qarşı növbəti etiraz aksiyası başladı
Yerevan yenə QARIŞDI: növbəti dəfə...
"Paşinyan türkdür": Ermənistan AYAĞA QALXDI - VİDEO
İrəvan yenidən qarışdı: müxalifət küçələri bağladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 