Paşinyan “İsgəndər”in Azərbaycana qarşı istifadəsini qəti şəkildə qadağan etmişdi. ONN media xəbər verir ki, bunu Rusiyanın erməni əsilli məşhur media maqnatı Aram Qabrelyanov özünün “Teleqram” kanalında yazıb. O, təxminən bir ay əvvəl Moskvada Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyanla mürəkkəb və uzun söhbət apardığını qeyd edib: “ “İsgəndər” mövzusu gündəmdə olduğu üçün sizə deyim: hər şeydən bəhs edə bilmərəm. Amma Nikol bu misilsiz silahın mövzusunu açdığından, Onikin dediklərindən, sözün əsl mənasında, sitat gətirəcəyəm, sonra özünüz qərar verin”. “Müharibənin üçüncü günü ordunun baş qərargah rəisi olaraq “İsgəndər”dən iki strateji hədəfə qarşı istifadə etməyə qərar verdim. Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir başqası. Paşinyan qəti şəkildə qadağan etdi. Baxmayaraq ki, ruslar açıq şəkildə “sizin işiniz və müharibənizdir” söyləmişdi. Şuşanın alınmasından üç gün əvvəl Paşinyandan şəhərin ətəyində çox sayda “düşmənin canlı qüvvəsini iki “İsgəndər”lə vurmaq üçün icazə istədim. Paşinyan “bir anda bir neçə min düşmən əsgərini öldürsək, dünya birliyi bizə lənət edəcək” dedi və qəti şəkildə qadağan etdi. Mənə yalnız “İsgəndər”dən Şuşada istifadə etməyə icazə verildi. Mən tətbiq etdim. Bundan istifadə edib şəhərə bir neçə tank gətirməyi bacardıq. İki gün sonra mənə bir əmr gəldi – Şuşadan geri çəkilmək”. Xatırladaq ki, N.Paşinyan yerli mətbuata müsahibəsində “İsgəndər” taktiki raket komplekslərinin işləmədiyindən və döyüş başlıqlarının partlamamasından danışmışdı.(publika.az)
Qasparyanın ŞUŞA ETİRAFLARI: Paşinyan “İsgəndər”i qadağan etmişdi



Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN NƏ CAVAB VERDİ?
"Şuşaya "İsgəndər" atmışdıq" - Ermənilərdən ŞOK ETİRAF
Rusiyadan Paşinyanın “İsgəndər”lə bağlı iddialarına SƏRT CAVAB
Paşinyan Qasparyanın dostunu da İŞDƏN QOVDU
Paşinyan Qasparyanın həbsi ilə bağlı ƏMR VERDİ
Xaçatryan Paşinyana "İsgəndər" tuşladı
Paşinyan parlamentdəki müxalifət partiyasının liderini qəbul etdi
Ermənistanın baş qərargah rəisi İSTEFA QƏRARI verib
Sərkisyan rədd etdi, Paşinyan II təqdimat yazdı
Erməni mediası: Nikol Paşinyan dünən parlamentdə sərxoş halda çıxış edib
Ermənistanın Baş Qərargah rəisi müharibənin 4-cü günündə NƏLƏR DEYİB?
Onik Qasparyan vəzifəsindən azad edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 