Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” taktiki-əməliyyat sistemlərinin müharibədə işləməməsi ilə bağlı açıqlamasının şərh olunması üçün Müdafiə Nazirliyinə sorğu ünvanlanıb. ONN media xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi baş nazirin partlamamış “İsgəndər” taktiki raketləri ilə bağlı açıqlamalarını şərh etməyib. Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gevorq Altunyan bunu deyib. Qeyd edək ki, “İsgəndər”lərdən müharibədə istifadəni baş qərargah rəisi Movses Akopyan elan etmişdi. Daha sonra Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan son müsahibəsində Şuşa istiqamətində atış olunduğunu açıqlamışdı. Paşinyan isə dünən “1in.am”a verdiyi müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” ilə bağlı ittihamlarına toxunaraq “İsgəndər” raketi niyə partlamadı? Ya da niyə cəmi 10 faizi partladı?” demişdi. Lakin Ermənistanın hakimiyyət orqanları və Ermənistan silahlı qüvvələri bu komplekslərin istifadəsi barədə məlumatları rəsmi olaraq heç vaxt təsdiqləməyiblər.
Paşinyanın partlamayan “İsgəndər”lə bağlı açıqlamasına Ermənistan MN NƏ CAVAB VERDİ?



"Şuşaya "İsgəndər" atmışdıq" - Ermənilərdən ŞOK ETİRAF
Rusiyadan Paşinyanın “İsgəndər”lə bağlı iddialarına SƏRT CAVAB
Xaçatryan Paşinyana "İsgəndər" tuşladı
Qasparyanın ŞUŞA ETİRAFLARI: Paşinyan “İsgəndər”i qadağan etmişdi
"İsgəndər"in atılmasını görməmişik, boş sözdür - İlham Əliyev
İsgəndər Həmidovun vəziyyəti pisləşdi
Nikol Xocalı qatilini vəzifəsindən azad etdi
Peskovdan daha bir "İsgəndər"i AÇIQLAMA
Lukaşenko: Putinlə razılaşdım və "İsgəndər" aldıq
Belarusdan Ukraynaya "İsgəndər" raketi atıldı
“İsgəndər” raketləri burada aşkarlanıb – ANAMA AÇIQLADI
Özünü peyğəmbər elan etmişdi amma...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 