Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu “YAŞAT”a 5 manat məbləğində pul tutulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. ONN media xəbər verir ki, Komitə bu xəbərin həqiqəti əks etdirmədiyini, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fondu üçün vəsait tutulmadığını açıqlayıb: “Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub. Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları yaymaqdan çəkinməyi xahiş edir”. Xatırladaq ki, sosial şəbəkələrdə 36 manat (kommunal xərclərdən güzəşti olmaqla) və 60 manat (kommunal xərcləri ödəməklə) çörək pulu alan məcbur köçkünlərin ödənişlərindən 5 manat çıxılması ilə bağlı məlumatlar yayılmışdı.
"Qaçqınkom": Bu məlumatlar həqiqəti əks etdirmir



Məcburi köçkünlərə ödənilən müavinət artırılacaq? – Komitədən AÇIQLAMA
VÖEN-i olan məcburi köçkünlərin “çörəkpulu”su kəsiləcək?
“YAŞAT” Fondunun bank rekvizitləri açıqlandı
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
YAŞAT şəhid ailələri və qazilərə nə qədər vəsait xərcləyib?
Bəzi məcburi köçkün qadınlara verilən “çörəkpulu” niyə kəsilib? – RƏSMİ AÇIQLAMA
Xankəndiyə qayıdışla bağlı bu xəbər yalandır - Rəsmi
“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
"Qaçqınkom" məcburi köçkünləri məhkəməyə verdi
YAŞAT Fonduna rəhbər və müdir müavini seçildi
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 