Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən çıxarılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Komitədən verilən məlumata görə, ayrıca yaşayış sahəsi olan, lakin onu üçüncü şəxslərin adına rəsmiləşdirən bəzi məcburi köçkünlərin dövlətdən əlavə yaşayış sahəsi əldə etmək istəyi baş tutub. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi və məcburi köçkün arasında bağlanmış kirayə müqaviləsi əsasında yeni mənzillə təmin edilmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı mənzillərə qəsəbələrdə yerləşən MKİS-lər tərəfindən mütəmadi olaraq nəzarət edilir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış yaşayış massivlərində yerləşən mənzillər onların xüsusi mülkiyyətinə deyil, məhz müvəqqəti istifadəsinə təqdim edilir. Yeni yaşayış sahələri ilə təmin edilmiş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə xitam verilir və mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri "xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri” hesab edilir və onlar özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.



Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Məcburi köçkünlər yataqxanadakı mənzillərini satışa çıxarıblar? - Rəsmi AÇIQLAMA
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
Laçın Rayon İcra Hakimiyyəti iddialara cavab verdi
Yataqxanalarda yaşayan bu şəxslərlə bağlı yeni təklif
Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
Məcburi köçkünlərə ŞAD XƏBƏR
Məcburi köçkünlərə ödənilən müavinət artırılacaq? – Komitədən AÇIQLAMA
Bu ailələr dövlət hesabına kirayə mənzillə təmin olunacaq
30 köçkün ailəsi birinci Qarabağ müharibəsində dağılan evlərinə qayıtdı
Yanğın zamanı evsiz qalanlara yaşayış yerləri ayrıldı
Ümid qəsəbəsinə məcburi köçkünlərin köçürülməsi başlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 