Prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları narahat edən məsələlər, habelə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarına qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, kütləvi informasiya vasitələrində yayılmış Cəlilabad rayonu ərazisində yerləşən qəbiristanlıqda yerli sakinlərin narazılığına səbəb olan sanitariya-gigiyena normalarının ciddi şəkildə pozulmasını əks etdirən videogürüntülərlə bağlı Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılan araşdırma zamanı torpaq sahəsinin mülkiyyətində olduğu Cəlilabad Bələdiyyəsinin sədri Babayev İlham Balo oğlunun həmin sahəyə yaxınlıqdakı ərazidə sakinlər tərəfindən məişət tullantılarının atılmasının qarşısının alınması məqsədilə hər hansı bir tədbir görməyərək torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etməsinə, bununla yanaşı qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyi pozmasına əsaslı şübhələr müəyyən edilib.
Araşdırmalar nəticəsində İnzibati Xətalar Məcəlləsinin 247.1 (torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) və 516-1.2-ci (qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddələri ilə İlham Babayevin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.



Azərbaycanda VƏZİFƏLİ ŞƏXSLƏRƏ cinayət işi açıldı
Daha bir vəzifəli şəxs barəsində cinayət içi açıldı
İşçilərin hüquqlarını pozan bu şirkət cərimələndi
Bələdiyyə sədri 3 min manat cərimələndi - VİDEO
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Sabirabadda ətraf mühiti çirkləndirənlər cərimələnib
Təbiətə 158 min manatdan çox ziyan vuran şəxslərə cinayət işi açıldı
Karantini pozan vəzifəli şəxslər həbs edildi
Bu şəxslər cəza aldılar - RƏSMİ
Bu rayonda bələdiyyə sədri cərimələndi
Azərbaycanda vəzifəli şəxslər 11 min manat cərimələndi - ADLAR
Azərbaycanda vəzifəli şəxs cərimələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 