Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan vəzifəli şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
ONN media Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.
Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi, M.Hüseynov küçəsi 20 ünvanında vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə meşə fonduna daxil olmayan 13 ədəd şam, 6 ədəd sərv, 1 ədəd qaraağac, 5 ədəd ayland, 14 ədəd söyüd ağaclarının, cəmi 39 ədəd ağacın qanunsuz kəsilməsinə, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə 40 min 320 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılmışdır.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.



Daha bir vəzifəli şəxs barəsində cinayət içi açıldı
Azərbaycanda şirkət rəhbəri məhkəməyə verildi
Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda VƏZİFƏLİ ŞƏXSLƏRƏ cinayət işi açıldı
“Qırmızı kitab”a daxil edilən ağacların kəsilməsinı görə 10 cinayət işi başlanıb
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Sabiq deputat ağacları kəsdirir - Daha bir rəsmi açıqlama
Azərbaycanda daha bir vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 