"Biz vaksinasiya prosesində davam edən uğurları bir qədər də artırmaqla tədricən mərhələli şəkildə həm toy və yas mərasimləri, həm də ictimai nəqliyyatda açılıma gedə bilərik. Bu məsələdə səbr və təmkinlə, tələskənliyə yol vermədən addımlar atılmalıdır".
ONN media xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib.
O əlavə edib ki, tələskənliyə yol verərək yumşaldılma tədbirlərinin atılması sonradan müəyyən bir sərtləşdirmənin həyata keçirilməsinə gətirib çıxara bilər: "İndiki rəqəmlər, yoluxmanın sayının azalması, bir gün ərzində yoluxmanın sayının artması bizi o qədər də qorxutmamalıdır.
Biz diqqətimizi vaksinasiya prosesinə yönəltməliyik. Vaksinasiya könüllü olsa belə, əhali bu prosesdə yaxından iştirak etməlidir. Bu prosesdə iştirak etməklə yumşaldılma tədbirlərinin həyata keçirilməsini sürətləndirəcəyik.
Fikrimcə, iki həftəyə yaxın müddət bizim üçün kritik bir müddətdir. Biz yoluxmaların sayının dinamikasını nəzərə alaraq azalmaların maksimal olduğu, müəyyən artımın olduğu müddətlərə, sonrakı enmələrin hansı dinamikada getdiyinə və vaksinasiyadakı sıxlığa diqqət yetirsək, iki həftədən sonra bu barədə müəyyən fikirlər söyləmək olacaq.
Azərbaycanda insanlar qoruma tədbirlərini anlayışla qarşılayırlar. Vaksinasiya prosesi də kifayət qədər qaneedici sürətlə gedir. Vətəndaşlar həm yaş qrupuna, həm də müəyyən olunmuş vaksinasiya strategiyasına görə müəyyən addımlar atıldıqdan sonra yumşaldılmaların da olması realdır".(baku.ws)



“Saat 8-dən 10-a kimi” – Yoluxmanın qarşısını almaq üçün VACİB TƏKLİF
Bu tarixdən yenidən qapanmalar başlayır?
Azərbaycanda bu şəxslər məcburi şəkildə vaksinasiya olunacaq
Sərt karantin rejimi uzadılacaq? - 1 həftədən sonra...
Qeyri-iş günlərində karantin sərtləşdiriləcək? - VİDEO
Bu həftədən "sms icazə" sisteminə keçirilə bilər? - AÇIQLAMA
Azərbaycanda neçə adam vaksinasiya olunub?
Ölkədə neçə nəfər vaksinasiya olunub? - SON AÇIQLAMA
Bakıya giriş-çıxış bir müddət də bağlı qala bilər - SƏRT KARANTİN
Azərbaycanda koronavirusa yoluxmanın pik həddi başa çatıb? - RƏSMİ
Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Bu şərtlərlə toylara icazə verilə bilər – AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 