"Sərt karantindən əvvəlki yoluxma statistikasına nəzərən hazırda vəziyyət daha müsbətdir. Lakin yumuşaldılmaya tez bir zamanda keçilməsi yoluxmanın yenidən artmasına səbəb ola bilər. Yoluxmalar iki rəqəmliyə düşərsə, karantindən çıxışa baxıla bilər". ONN media xəbər verir ki, bu sözləri həkim-infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, hazırda Avropa ölkələrində virusun yeni mutasiyaya uğrayan formasına görə yenidən sərt karantin qaydaları tətbiq edilir: "Virusun yeni forması qonşu ölkələrdə də müşahidə olunur. Nəzərə almalıyıq ki, təhlükə hər zaman var. Hazırki ölüm hallarına nəzər salsaq, görərik ki, onların bir çoxu yanaşı xəstəlikləri olan, yaxud yaşı çox olan xəstələrdir. Buna görə də sərt karantin tədbirləri mərhələli şəkildə aradan qaldırılmalıdı. Bu zaman yaşı 65 yaşdan yuxarı olan insanlar hələ özünü təcrid etməyə davam etməlidir. Statistikanın 50%-i Bakı şəhərində olan yoluxma hallarından ibarətdir, düşünürəm ki, Bakı şəhərinə giriş-çıxışlar da bir müddət bağlı qalsa, daha yaxşı olar. Virusun tamamilə aradan qalxması üçün insanların böyük əksəriyyəti vaksinasiya olunmalıdır. Əgər bu proses tam olmasa, cəmiyyət arasında virus məhv olmayacaq. Normal həyatımıza qayıtmaq istəyiriksə, vaksinasiya prosesində hər kəs iştirak etməlidir".



Karantin ləğv edilə bilər - Açıqlama
Sərt karantin gəlir? - İnfeksionist açıqladı
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Bakıda yoluxma niyə sürətlə artır? – Həkim açıqladı
Azərbaycanda Yeni il tətili uzadılacaq? – AÇIQLAMA
Sərt karantin tətbiq olunmalıdır, amma... - FAZİL MUSTAFA
Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Bu ölkə sərt karantin rejiminə keçdi
TƏBİB sədrindən ikinci sərt karantinlə bağlı açıqlama: "Prezident dedi ki..."
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq amma...” - Baş infeksionist
Sərt karantin rejiminin nəticələrini nə vaxt görəcəyik? - AÇIQLAMA
TƏBİB-dən XƏBƏRDARLIQ: Qaydalar sərtləşdirilə bilər - SON DƏQİQƏ
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 