"Biz vaksinasiya ilə virusun tam yox olmasını gözləmirik".
ONN media xəbər verir ki, bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, karantin tədbirləri ilə vaksinasiya prosesinin paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq:
"Peyvəndin virusa yoluxma, xəstəlik göstəricilərini azaltmasını gözləyirik. Daim virusda mutasiyalar gedir. Əgər çox ciddi bir mutasiyalar getməsə vaksinin effektivliyi yüksək olacaq. Yox, əgər gözlənilənlərin əksinə olaraq virusda ciddi bir mutasiya gedərsə, bu halda vaksinasiyanın effektivliyi aşağı enəcəyi üçün hələ də müxtəlif qorunma tədbirlərinin, qaydaların qalmasına ehtiyac olduğunu düşünürəm. Təbii ki, burada sərt karantin rejimini nəzərdə tutmuram. Amma sosial məsafənin saxlanılması, maskadan düzgün istifadə, əl gigiyenası ən azı qarşımızdakı il ərzində bizim davamlı həyat qaydamıza çevrilməlidir. Yəni, insanlar vaksinasiya olunduqdan sonra belə maska taxmalı, əl gigiyenasına riayət etməli və sosial məsafəni gözləməlidir.
Amma təbii ki, vaksinasiya başlanandan sonra və paralel olaraq karantin qaydalarının sərt olmasa belə yumşaldılmış qaydalarla da effekt almaq mümkünüdür.
Ayrı-ayrılıqda nə vaksinasiya, nə də sərt karantin rejimi gözlənilən effekti verə bilməz. İkisinin bir arada, yəni, həm vaksinasiyanın, həm də qoruyucu tədbirlərin (karantin qaydaları) birlikdə aparılması yoluxmanın qarşısının alınmasında yüksək effek verəcək. Nə təkcə vaksinin effekti böyük ola bilməz, nə də tək sərt karantin rejiminin. Onlar ayrı-ayrılıqda gözlənilən effekti təmin etməz. İkisinin birgə, paralel aparılması nəzərə çarpacaq səviyyədə xəstələnmə sayını azaldacaq.
Sərt karantin rejimi təbii ki, vaksinasiya istifadə olunandan bir müddət sonra, 18 yanvarda yumşaldılacaq, yəni, dərhal yumşaldılmayacaq. Vaksinasiya da mərhəli şəkildə olacaq. Hələ ki, insanların kütləvi şəkildə peyvəndləməyə cəlb olunması mümkün deyil. Ümumiyyətlə yeni vaksinasiya başlayanda müəyyən bir qruplar buna cəlb olunur, artıq sonra bu hal kütləviləşir. Kütləvi şəkildə bu vaksinasiya aparılmayacağı üçün qorunma tədbirlərinə əməl etmək lazımdır". (milli.az)



Bakıya giriş-çıxış bir müddət də bağlı qala bilər - SƏRT KARANTİN
Karantin ləğv edilə bilər - Açıqlama
“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist
TƏBİB Britaniya ştammı ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ
İlin sonunda qapanma olacaq? - AÇIQLAMA
Əhaliyə MÜRACİƏT EDİLDİ: Azərbaycanda sərt karantin gəlir...
Bu virusa öyrəşməliyik- İnfeksionist
Delta Azərbaycanda: qapanma ola bilərmi? - İnfeksionist
Karantin rejimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLAMA - Bu aydan etibarən...
Karantin qaydaları yenidən SƏRTLƏŞDİRİLƏ BİLƏR - VİDEO
İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? - Baş infeksionistdən AÇIQLAMA
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 