Dünən günorta saatlarında paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun bıçaqlanaraq öldürülməsinin təfərrüatları məlum olub. ONN media xəbər verir ki, qətlə yetirilən 22 yaşlı Bəxtiyar Nəsibov idmançı olub. O, idman zalında məşq edərkən tanımadığı Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlu ilə mübahisə yaşayıb. Belə ki, yaxınlıqda məşq edən Əli Abbasov Bəxtiyarın ona tərəf istehzalı baxışlarından qıcıqlanıb və ona irad bildirib. Daha sonra tərəflər arasında yaranan mübahisə münaqişəyə çevrilib. Ə.Abbasov idman zalını tərk edəndən sonra özü ilə bıçaq gətirib və Bəxtiyarın döş qəfəsi nahiyəsinə öldürücü xəsarət yetirib. 22 yaşlı idmançı aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Artıq qətli törədən 19 yaşlı gənc tutularaq istintaqa təhvil verilib.
Bakıda idmançı öldürüldü - ŞOK TƏFƏRRÜAT



İdman zalında qətl törədən şəxsə cəza verildi
Bakıda qətl: 40 yaşlı kişini tanışı öldürdü
Bakıda məşhur idmançı qətl törətdi: Döyə-döyə öldürdü - ŞOK
İş adamı öldürülməsinin TƏFƏRRÜATI
Bakıda dəhşətli qətl: Nəvə nənəsini qətlə yetirib
Bakıda ailə faciəsi törədən şəxsin aqibəti necə oldu?
Bakıda tələbə qız faciəvi şəkildə öldü
FHN əməkdaşını qətlə yetirənin kimliyi məlum oldu
43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular - Bakıda
Bakıda çayxanada dəhşətli cinayət - ANASINI ÖLDÜRDÜ
Bakıda qadın öldürüldü - DƏHŞƏTLİ CİNAYƏT
7 yaşlı Fərid huşsuz halda, Mehman nələr edir...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 