Rus sülhməramlıların nəzarəti altında olan Dağlıq Qarabağdakı ermənilərin sıx yaşadığı ərazilərə əcnəbilərin girişinə icazə verilmir. İndi Qarabağın bu bölgələrinə daxil olmaq istəyən əcnəbilərin siyahısı əvvəlcədən rus sülhməramlılarına təqdim olunmalıdır. ONN media xəbər verir ki, Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zareh Sinanyan “RİA Novosti”yə açıqlamasında bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə müzakirə etdiyini bildirib. “Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problemlər yaşamağa başlayırlar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar həm də Dağlıq Qarabağı ziyarət etməyi sevirlər və bu yay bir çox insan Dağlıq Qarabağa getmək istədiyi halda, hazırki rejim səbəbindən bunu edə bilməyəcəklər”,- deyə Sinanyan qeyd edib. Sinanyan bildirib ki, indiki qaydaya görə, Qarabağa səfərdən 7 gün əvvəl ərizə göndərmək lazımdır. Daha sonra Rusiya sülhməramlılarına siyahı göndərilir və onlar kimin girişinə icazə olub-olmadığına qərar verirlər. “İndi pandemiyanın bitmədiyi və turizm mövsümünün başlamadığı üçün hələ ki, müraciətlər azdır. Ancaq getmək istəyənlər hələ də var, təşkilatların və ölkəyə girişi qadağan edilən insanların siyahısı var”,- deyə Sinanyan əlavə edib.(qafqazinfo.az)
Ermənilər narahatdır, sülhməramlılar əcnəbilərin girişinə icazə vermir



Rusiya AÇIQLADI: Bakının Qarabağa status verməməsi...
Ermənistandan yeni təxribat – Azərbaycan sərt cavab verə bilər…
Lavrov köçkünlərin Qarabağa qaytarılması məsələsini müzakirə etdi
Ermənistanın hərbi prokuroru da Qarabağa gəldi
BMT Bakı ilə Qarabağa missiya göndərilməsini razılaşdırır - Zaxarova
Rusiya və AB diplomatları Qarabağı müzakirə etdi
Rusiyaya getmək istəyənlərə PİS XƏBƏR
Rusiya bu şəxslərin ölkəyə girişinə icazə verdi
Medvedevdən QARABAĞ AÇIQLAMASI
Lavrov Qarabağa görə həmsədrləri QƏBUL ETDİ
Sülhməramlılar bu tarixdə Qarabağı tərk edəcək - Dimitriyev
Əli Əsədovdan təhsillə bağlı MÜHÜM QƏRAR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 