“Ermənistan hakimiyyəti işğal altında olan Dağlıq Qarabağa bir müddətdir erməniləri yerləşdirməyə çalışırdı. Livanda baş verən partlayış sanki düşmən üçün göydən düşmə oldu. Amma Livan ermənilərinin işğal altındakı torpaqlara gəlmək istəyəcəyini düşünmürəm”. ONN media bildirir ki, bu sözləri redaktor.az-a politoloq Əhəd Məmmədli Beyrutdakı partlayışdan sonra Livan ermənilərinin işğal altındakı ərazilərə köçürülməsindən danışarkən deyib: “Ermənistan bundan öncə də xaricdə, xüsusilə Yaxın Şərqdə yaşayan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirməsi yönündə təşəbbüs göstərib. İndi də Livandakı erməniləri işğal altında olan torpaqlara yerləşdirmək istəyirlər. Lakin düşünürəm ki, bu dəfə də istəklərinə nail ola bilməyəcəklər. Ermənistanın özündə həm iqtisadi, həm sosial vəziyyət yaxşı deyil, insanlar hakimiyyətdən narazıdır. Belə olan halda Livanda yaşayan ermənilər orada olan evlərini, işlərini, bütövlükdə illərdir qurduqları həyatı qoyub, Dağlıq Qarabağa gəlməzlər. Həm işğal altında olan Dağlıq Qarabağdakı vəziyyət Livandakı vəziyyətdən daha ağırdır”, – deyə o bildirib. Politoloq Azərbaycanın atacağı addımlardan da bəhs edib: “Azərbaycan Ermənistanın bu addımına səssiz qalmamalı, düşmənin təxribatına ən ağır şəkildə cavab verilməlidir. Bu cavab istər hüquqi, istərsə də hərbi yolla olmalıdır. Ermənistan bilməlidir ki, Dağlıq Qarabağda icazəmiz olmadan hansısa yerləşdirmə həyata keçirə bilməz”.
Ermənistandan yeni təxribat – Azərbaycan sərt cavab verə bilər…



Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir – FOTO
Ermənilər sülhə hazırlaşır?
Xankəndi sakinləri QORXU İÇƏRİSİNDƏ: "Mövqeləri tərk edin, burada ölməyin mənası yoxdur"
Ermənistanın yeni PLANI NƏDİR?
XİN-dən Paşinyana - ETİRAZ
Ermənilər Azərbaycanın işğal altındakı torpaqlarında yanğın törədib
Ermənilər cəbhə xəttində qəbiristanlığı yandırdı - FOTOLAR
Ermənilərin Soçi iddiası: Rus qadın özündən çıxdı- VİDEO
Bakının razılığı olmadan İrəvan bunu edərsə... - Brayza
Azərbaycan icması ermənilərin təxribatı ilə bağlı bəyanat yaydı
General-polkovnik: "İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 