Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub. Bu barədə ONN media -ya XİN-dən bildirilib. Nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər və Ermənistanın bəyanatdan irəli gələn öhdəliklərinə qarşı olan pozucu əməlləri barədə italiyalı həmkarına məlumat verib. Nazir Luici Di Maio bölgədə dövlətlərarası vəziyyətin normallaşması üçün üçtərəfli bəyanatların bütün aspektlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Nazirlər, həmçinin ölkələr arasında mövcud olan münasibətlərin hərtərəfli inkişafı perspektivləri, regiondakı yeni əməkdaşlıq imkanları, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər. Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Maio ilə danışdı



Ceyhun Bayramov onunla Qarabağdakı vəziyyəti müzakirə etdi
Bayramov italiyalı həmkarı ilə Qarabağdan danışdı
Azərbaycan və Polşa XİN başçıları telefonla danışdı
Bayramov Lavrovla üçtərəfli bəyanatı MÜZAKİRƏ ETDİ
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Ceyhun Bayramov İsrail səfiri ilə Qarabağı MÜZAKİRƏ ETDİ
Lavrov Bayramovla üçtərəfli bəyanatların icrasını MÜZAKİRƏ ETDİ
Bayramov Çavuşoğlu ilə danışdı
Bayramov Lavrovla danışdı
Ceyhun Bayramov Zaxariyeva ilə telefonla danışdı
Bayramov və Çavuşoğlu "3+3" formatından danışıblar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 