Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Polşa xarici işlər naziri Zbiqnyev Rau ilə telefon söhbəti baş tutub.
ONN media -ya XİN-dən verilən məlumata görə, C.Bayramov bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər, o cümlədən ölkəmiz tərəfindən bu istiqamətdə görülən işlər barədə polşalı həmkarına məlumat verib.
Nazir işğaldan azad olunan ərazilərdə çoxsaylı minaların olmasına və beləliklə də gündəlik əsasda insanların həyatına birbaşa təhdid təşkil etdiyinə diqqəti cəlb edərək Ermənistan tərəfinin bu günədək mina xəritələrini Azərbaycana verməkdən imtina etdiyini vurğulayıb.
Z.Rau öz tərəfindən üçtərəfli bəyanatların icra edilməsi, ölkələr arasında münasibətlərin normalaşması və bu xüsusda, beynəlxalq qurumların rolunun əhəmiyyətini qeyd edib.
Nazirlər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, bu xüsusda, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, habelə parlament xətti də daxil olmaqla, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.



Ceyhun Bayramov Maio ilə danışdı
Ceyhun Bayramov Mirzoyanla görüşdü
Lavrov Bayramovla üçtərəfli bəyanatların icrasını MÜZAKİRƏ ETDİ
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü
Bayramov Lavrovla üçtərəfli bəyanatı MÜZAKİRƏ ETDİ
Bayramov Lavrovla danışdı
Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü - YENİLƏNİB
Ceyhun Bayramov Filip Rikerlə Qarabağ bəyanatını MÜZAKİRƏ ETDİ
Bayramovla Lavrov arasında QARABAĞ MÜZAKİRƏSİ
Ceyhun Bayramov fransalı həmkarı ilə Qarabağdan danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 