Azərbaycan Pakistanla hərbi əməkdaşlığını genişləndirmək niyyətindədir. Pakistan ordusu çox güclü və son 10 ildə terrorla mübarizədə zəngin əməliyyat təcrübəsi əldə etmiş ordudur.
ONN media xəbər verir ki, Pakistan istehsalı olan bəzi hərbi döyüş avadanlıqları var ki, Azərbaycan onu öz ordu arsenalına daxil etməkdə maraqlıdır.
İki ölkə arasında hərbi əməkdaşlığı dəyərləndirən ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov ARB24-ə bildirib ki, Azərbaycan üçün hərbi, texniki və digər sahələrdə Pakistanla əməkdaşlıq önəmlidir:
"Əvvəla onu deyim ki, Pakistan dost dövlətdir, Azərbaycanı istəyən və dəstəkləyən ölkədir. Pakistanla hərbi sahədə də inkişafımızı genişləndirmək və daha da dinamik etmək Azərbaycanın marağındadır.
Ölkələrimiz arasında hərbi sahələrdə əməkdaşlıq bu günə qədər də olub. Pakistanın Azərbaycanda təlim təyyarəsi var və pilotlarımız bu yolla təlim keçirlər. Bu proses genişlənir. Azərbaycan Pakistanda istehsal edilən hərbi təyyarələrlə maraqlanır.
Pakistanın JF-17 təyyarələri 4+ müasirliyi ilə seçilir. Ölkənin istehsal etdiyi raketlər də bazarda ən müasirliyi ilə fərqlənir. Cənab prezidentin belə bir çıxışı var idi ki, Vətən Müharibəsi zamanı Azərbaycan öz dostlarını sınayıb. Bu gün biz öz proyektlərimizi həyata keçirmək, habelə silah almaq üçün həmin dost ölkələrə üz tutacağıq.
Pakistanın hərbi sənayə kompleksi ilə Azərbaycanın müdafiə sənayesi arasında birgə proyektlər hazırlanır. Birgə istehsalla bağlı müəyyən planlar ortaya çıxıb. Biz gələcəkdə bu istiqamətdə sevindirici xəbərlər alacağıq".



Azərbaycan Pakistanın "JF-17 Thunder" qırıcılarını alacaq - Hərbi attaşe açıqladı
Zakir Həsənov pakistanlı komandanla görüşdü
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ
Azərbaycanla qarşılıqlı ticarətin həcmini genişləndirmək lazımdır - Pakistan Prezidenti
MN rəsmi məlumat yaydı
Azərbaycan Pakistandan qırıcılar alır?
Pakistan İranla sərhəddə qoşun yığır
İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Həsənov pakistanlı generalla görüşdü
İran və Pakistan qardaşlıq elan etdi
Pakistanın hərbi hava marşalı Azərbaycana gəldi - VİDEO
Pakistan nümayəndələri Hərbi Dəniz Qüvvələrində
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 