İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Pakistana səfər edib.
Baqiri Pakistanın ordu başçıları, eləcə də Baş nazir İmran Xanla bir sıra görüşlər keçirib.
"Tərəflər Əfqanıstandakı vəziyyət və regional təhlükəsizlik də daxil olmaqla bir sıra məsələləri müzakirə ediblər", - Pakistan Hərbi Hava Qüvvələrinin Mətbuat xidmətinin açıqlamasında deyilir.
"İki qardaş ölkə olan İran İslam Respublikası və Pakistanın sıx əməkdaşlığı bölgədə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir", - Pakistan Silahlı Qüvvələrinin rəsmi açıqlamasında qeyd olunub.
İran və Pakistan həmçinin "bölgədə sülh və terrorizmlə mübarizə maraqları naminə" hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.
İran Baş Qərargah rəisi iki ölkə arasında hərbi əlaqələri daha da gücləndirmək arzusunda olduqlarını bildirib.
İmran Xan Pakistanın ikitərəfli ticarət əlaqələrini gücləndirməklə yanaşı, iqtisadi və enerji sahəsində əməkdaşlığı genişləndirməyə sadiq olduqlarını vurğulayıb.
O, Pakistan və İran sərhədini "sülh və dostluq" sərhədi olaraq xarakterizə edib, hər iki tərəfin təhlükəsizliyinin yaxşılaşdırılması üçün atılan addımların əhəmiyyəti barədə danışıb.
İmran Xan İran generalı ilə görüşdə Pakistanın ikitərəfli ticarət əlaqələrini gücləndirməklə yanaşı, iqtisadi əməkdaşlığı genişləndirmək əzmində olduğunu vurğulayaraq ölkəsinin İranın Kəşmir mübahisəsindəki dəstəyini təqdir etdiyini vurğulayıb.



Pakistan addım atacaq!- Alvi
Putin Pakistan baş naziri İmran Xanla danışdı
Pakistanın Baş Qərargah rəisi Qarabağdan danışdı
Azərbaycan və Pakistan birgə əməliyyatı müzakirə etdi
Abdullahian Pakistana səfərə gedir
Abdullahian Pakistana getdi
Pakistan və İran arasında gərginlik bitdi
İran və Pakistan XİN rəhbərləri nəyi müzakirə edib?
23 ildən sonra ilk səfər - Putinlə danışıb
İmran Xan nöqtə qoydu: “Hərbi bazanın qurulması...”
Pakistanın hərbi hava marşalı Azərbaycana gəldi - VİDEO
Ərdoğan İmran Xanla danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 