Martın 12-də Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib. İclasda çıxış edən YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Təftiş Komissiyasının üzvlərini bu məsuliyyətli vəzifəyə seçilmələri münasibətilə təbrik edib. YAP Mərkəzi Aparatının rəhbəri partiyanın Təftiş Komissiyasının qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəyinə əminliyini ifadə edib. YAP-ın VII Qurultayının ölkəmzin ictimai-siyasi həyatında mühüm hadisə və yeni mərhələnin başlanğıcı olduğunu deyən Tahir Budaqov partiyamızın sədri, Prezident İlham Əliyevin qurultayda dərinməzmunlu, proqram xarakterli çxışının partiyanın fəaliyyətində əsas istiqamət olduğunu nəzərə çatdırıb. Tahir Budaqov, həmçinin partiyamızın sədri İlham Əliyevin tövsiyyələrini Təftiş Komissiyasının üzvlərinin diqqətinə çatdırıb. O, komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra təşkilati məsələlərə baxılıb. Milli Məclisin deputatlarından Sevinc Hüseynova, Sadiq Qurbanov və Nizami Səfərov iclasda çıxış edərək, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə və YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevaya komissiya üzvləri adından yüksək etimad üçün təşəkkürlərini bildirib, komissiyanın üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səylə çalışacaqlarını qeyd ediblər. İclasda daha sonra təşkilati məsələlərə baxılıb. Milli Məclisin deputatlarından Sevinc Əmirəhməd qızı Hüseynova Təftiş Komissiyasının sədri, Nizami Abdulla oğlu Səfərov sədr müavini seçildi. İclasda, həmçinin YAP-ın yeni Nizamnaməsinə əsasən, Təftiş Komissiyasının reqlamentinin hazırlanması və digər məsələlər də müzakirə olunub. Komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.
YAP-ın Təftiş Komissiyasının iclası keçirildi



YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
YAP və AKP əməkdaşlığa dair niyyət protokolu imzaladı
YAP-ın Veteranlar Şurasının ilk iclası keçirildi
YAP Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Növbədənkənar prezident seçkilərində YAP-ın namizədi kim olacaq? - RƏSMİ
YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdı (YENİLƏNİR)
Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlandı
İlham Əliyev YAP-a cari rəhbərliyi bu şəxsə həvalə etdi
YAP və AKP arasında videokonfrans keçiriləcək
YAP prezidentliyə namizədini açıqladı
Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI
Tahir Budaqov Şamil Ayrımla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 