Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. O vaxt cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzəcə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter alıb. ONN media xəbər verir ki, bu fikri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib. Dövlətimizin başçısı deyib: “Hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər siyasi çəkişmələr. Hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. O günləri, o ayları təsəvvür etmək üçün bax bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümidsizlik, total cəmiyyətdə hökm sürən apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu, idi o vaxt Azərbaycan – gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?!” Prezident xatırladıb ki, torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi. “Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, onlar elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi - Prezident



Prezident İlham Əliyev YAP-ın qurultayında çıxış etdi
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
Əli İnsanov İlham Əliyevə məktub göndərdi
Bu gün YAP-ın yaranmasından 30 il ötür
YAP parlament seçkiləri ilə bağlı qərar verdi
İlham Əliyev Mevlüt Karakayanı qəbul etdi
"İnanıram ki, qəbul edəcəyi qərarlarla tarixi bir qurultay olacaq" - "91-lər"dən olan tanınmış professordan Prezidentə müraciət
“İqtisadi siyasətimiz mükəmməldir” – İlham Əliyev
YAP-ın Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdı (YENİLƏNİR)
Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI
YAP Qaradağ fəallarına SƏDR TƏQDİM OLUNDU
Rəqibləri İlham Əliyevi təbrik etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 