Ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin, o cümlədən səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri rəhbərlərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad olunmuş Füzuli şəhərinə səfəri başlayıb. Səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə yerindəcə tanış etməkdir. Qeyd edək ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət edirlər. Diplomatlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Diplimatlara məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri dağıdıblar. Bununla yanaşı, ermənilər bir vaxtlar Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə bir dənə də olsun salamat bina qoymayıblar. Diplomatlara bildirilib ki, Füzuli sakinlərinin yurd həsrətinə 27 ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində son qoyulub. (report)
Diplomatların Füzuliyə səfəri başladı



Diplomatlar Füzuli rayonunun Merdinli kəndində
Xarici diplomatlar Füzuli və Şuşaya gedir
120-dən artıq diplomatın Füzuliyə səfəri təşkil olunur - Hacıyev
Hərbi attaşelərin iştirakı ilə brifinq keçirilir - SON DƏQİQƏ
Hikmət Hacıyevlə Kamran Əliyev Bərdədə
“Əl-Cəzirə” Füzulidən süjet yayımladı
İtaliyalı deputatlar Ağdama səfər etdi - YENİLƏNDİ
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA
Xarici diplomatların Cəbrayıl və Zəngilana səfər proqramı açıqlandı
Elə günlər olurdu ki, Tərtərə... - Hikmət Hacıyev AÇIQLADI
Füzuli xoşbəxtlik şəhəri olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 