Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə, Sosial Xidmətlər Agentliyinə və DOST mərkəzlərinə yeni səlahiyyətlər verilib. ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərarlar imzalayıb. Bundan sonra fövqəladə hallar şəraitində müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülmüş zərərçəkmiş şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və DOST mərkəzləri tərəfindən müvafiq işlə təmin ediləcəklər. Həmçinin, peşə hazırlığı, yenidən hazırlıq və işə düzəltmə insan alveri qurbanları üçün yardım mərkəzlərinin göndərişi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və DOST mərkəzləri tərəfindən həyata keçiriləcək. Digər qərardakı dəyişikliyə əsasən, qəyyumun (himayəçinin) ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sanatoriya-kurort putyovkası ilə (sanatoriya-kurort müalicə yerlərinə gediş-gəliş xərcləri daxil olmaqla) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və DOST mərkəzləri tərəfindən təmin olunacaqlar. Eyni zamanda digər dəyişikliklə şəhid ailəsi statusunun təsdiq edilməsi ilə bağlı vəsiqə ailələrin yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən veriləcək. Bundan başqa, kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik olan Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, işə-götürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən ediləcək.
DOST mərkəzlərinə yeni səlahiyyətlər verildi – QƏRAR



Deputat seçilən 5 məmur işdən ÇIXARILDI
Bu ildən etibarən bu şəhərlərdə “DOST” mərkəzləri açılacaq
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
Azərbaycanda maaşlar artırılacaq
İlham Əliyev DOST mərkəzinin açılışında
Bu nazirliyin bir neçə şöbə və mərkəzi ləğv olundu
Prezident 2 saylı DOST mərkəzinin açılışında
Naxçıvanda yeni vəzifəyə təyinat olub
Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
Bu nazirlik Silahlı Qüvvələrə dəstək oldu
Pensiya alanların NƏZƏRİNƏ
İşsizlərə ŞAD XƏBƏR- BU İL...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 