Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin 1 saylı “DOST” mərkəzi mayın 9-da ölkə başçısının iştirakı ilə açılıb. Mərkəzdə vətəndaşlara 126 xidmət göstərilir. Bu xidmətlər sosial müdafiə, məşğulluq, əmək münasibətləri və tibbi-sosial ekspertiza sahələrini əhatə edir. Gün ərzində 350-dən çox vətəndaş müraciəti qeydə alınır. İndiyədək 5000 vətəndaş mərkəzin xidmətlərindən yararlanıb. ONN media xəbər verir ki, bu sözləri DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib. O bildirib ki, bu il ərzində paytaxtda daha 3 “DOST” mərkəzinin açılacağı planlaşdırılıb: “Növbəti mərkəzlər Bakının Xəzər, Binəqədi və Nizami rayonlarında fəaliyyətə başlayacaq. Gələn il isə Xətai rayonunda “DOST” mərkəzinin açılması nəzərdə tutulub. Eyni zamanda, 2020-ci ildən etibarən Sumqayıt, Xırdalan və Gəncə kimi iri şəhərlərdə, eləcə də Bərdə və Sabirabad rayonlarında “DOST” mərkəzləri açılacaq. Ümumilikdə, 2025-ci ilədək respublikada 31 “DOST” mərkəzinin fəaliyyət göstərməsi gözlənilir. DOST Agentliyinin İdarə Heyətinin sədri Prezident İlham Əliyevin övladlığagötürmə ilə Sərəncamına uyğun olaraq işlər görüldüyünü diqqətə çatdırıb: “Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi işçi qrupu yaradılıb. DOST Agentliyinin də xüsusi işçi heyəti həmin qrupun üzvləridir. “DOST” mərkəzlərində övladlığagötürmə ilə bağlı xüsusi sahələr yaradılacaq, sosial işçilər və sosial agentlər fəaliyyətdə olacaq. Bu istiqamətdə hazırda hazırlıq işləri gedir”.
Bu ildən etibarən bu şəhərlərdə “DOST” mərkəzləri açılacaq



Bu bölgələrdə də DOST Mərkəzləri açılacaq
Ruslan Mirzəliyevə vəzifə verildi
DOST mərkəzlərinin fəaliyyəti bərpa olunur
Prezident 2 saylı DOST mərkəzinin açılışında
İlham Əliyev DOST mərkəzinin açılışında
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında
Şuşada DOST mərkəzi yaradılacaq
DOST rəsmi saytını təqdim etdi - VİDEO
Şuşada da DOST Mərkəzi yaradılacaq
İlham Əliyev açılışda
İlham Əliyev və xanımı açılışda
Prezident və xanımı açılışda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 