Bu gündən başlayaraq Rusiyada “Twitter” sosial şəbəkəsinin sürəti ölkə ərazisindəki bütün mobil qurğularda və stasionar qurğuların 50 faizində ləngidilib. Bu barədə Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Xidməti (“Roskomnadzor”) məlumat yayıb. Belə ki, Rusiya tərəfi hələ 2017-ci ildə sosial şəbəkədən yeniyetmələri intihara sürükləyən, uşaq pornoqrafiyası, habelə narkotik vasitələrin istifadəsi barədə məlumatlar yerləşdirilən kontentləri silməyi tələb edib. Lakin “Twitter” bu tələblərə məhəl qoymayıb. Məlumatda qeyd olunur ki, Rusiya vətəndaşlarını müdafiə etmək və ölkə ərazisində yerli qanunlara riayət olunmasını təmin etmək üçün martın 10-dan “Twitter” sosial şəbəkəsinin sürəti ləngidilir. Qeyd edək ki, sonuncu belə hadisə martın 3-də baş vermişdi. “Twitter” martın 3-də sosial şəbəkələrdə yeniyetmələri kütləvi intihara təhrik edən çağırışları silməkdən imtina etmişdi. Həmin gün Rusiya hüquq mühafizə orqanları bir neçə yeniyetmənin intiharının qarşısını ala bilmişdi.
Bu ölkə "Twitter"in sürətini AZALTDI



"Twitter"in baş direktoru İSTEFA VERDİ
"Twitter"in yaradıcısı yeni sosial şəbəkə qurdu
Bu ölkədə nazir "Twitter" istifadəçilərini HƏDƏLƏDİ
"Twitter"in işində problemlər yarandı
"Twitter" Rusiya peyvəndinin hesabını BLOKLADI
DTX bu şəxslərə xəbərdarlıq etdi
Tvitterin işində problem yarandı
"Twitter"in işində qüsurlar yarandı
Rusiyada Vatsap da qadağan edilir?
Elon Maskın Twitter qərarı dəyişə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 