Azıx mağarası təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz və ümumdünya tarixində mühüm əhəmiyyətli tarixi abidələrdən biridir. Çünki o, ümumilikdə bütün Qafqazın antropogen zonasının fərqli olmasını sübut edən bir abidədir.
ONN media xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında antropoloq-arxeoloq, tarixçi Kərəm Məmmədov Azıx mağarasının prioritetlərindən bəhs edərkən deyib.
O bildirib ki, sözügedən mağara Məmmədəli Hüseynov tərəfindən aşkar edilib və o vaxtki hesablamalara görə, Azıx mağarası dünyanın abidələr üzrə dördüncü tapıntısıdır:
“Monre Çerçio mağarası və bu kimi digər qədim insan yaşayış məskənləri, Azərbaycan sərhədlərindən heç də uzaq olmayan Dmanisi Trop abidəsi Azıx mağarasından sonra kəşf olunub. Bu isə Azərbaycanın qədim dövrdə insanların yaşayış məskəni olduğunu sübut edir. Təəssüf ki, indiyə qədər ermənilər onu silah anbarı kimi istifadə edib. Fransa səfiri ilə söhbət əsnasında da bunu vurğulamışam: Çox təəssüf ki, bəzi ölkələrin nümayəndələri (Fransa və İspaniya nəzərdə tutulur – red.) qeyri-qanuni olaraq Azərbaycandan icazəsiz orada qazıntı işləri aparıb. Ermənilərin fəaliyyətini Ağdam timsalında aydın görürük. Belə ki, Ağdama “XXI əsrin Xirosiması” demək mümkündür. Atom bombasından istifadə edilərək dağıdılan Xirosima Ağdam qədər yerlə-yeksan edilməyib. Ölünün məzardan çıxarılması qədər böyük vəhşilik heç yerdə görülməyib. Nə yaxşı ki, bu gün bu dünya əhəmiyyətli abidə bizim nəzarətimizdədir”.
K.Məmmədov qeyd edib ki, bir antropoloq-arxeoloq kimi orada araşdırmanı davam etdirməyi düşünür:
“Möhtərəm Prezident İlham Əliyev alimlərə səslənib və biz alimlər onun çağırışına səs verməliyik. Bu yay tələbələrimizi təcrübəyə Azıx mağarasına aparmaq planımız var”.



Prezident və xanımı Azıx mağarasında
Azərbaycan əsgəri Azıx mağarasında - VİDEO
Ermənilər Azıx mağarasında qanunsuz “tədqiqatlar”ı davam etdirir
Azıx mağarasının GÖRÜNTÜLƏRİ - VİDEO
Şuşanın işğalından 28 il ötür
Deputatdan yeni “5 manatlıq”la bağlı SƏRT İRAD
İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı nə qədərdir?
Azıx, Akaku və Ağbulaq kəndlərindən - VİDEO
Krımda yeni kəşf
Prezidentlə birinci xanım Füzuli və Xocavənddə - YENİLƏNDİ
Göbəklitəpə ziyarətçi rekordunu qırdı
Ordumuz XOCALIDA - Xeyli ərazi İŞĞALDAN AZAD EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 