Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır. Bunu Prezident İlham Əliyev martın 16-da Şuşa şəhərində olarkən deyib. Dövlət başçısı bildirib: "Şuşa sanatoriyasına da baxış keçirdik. Orada da korpusların bir çoxu ermənilər tərəfindən dağıdılıb. Amma bəzi korpuslardan istifadə etmək mümkün olacaq. Burada da kiçik otellərin yaradılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, Şuşaya çox böyük turist axını olacaq, ona görə burada “beş”, “dörd” və “üç” ulduzlu otellər olmalıdır. Buradan da şəhərə, şəhərin ətrafında yerləşən dağlara gözəl mənzərə açılır. Amma bir daha görürük, ermənilər burada demək olar ki, bir dənə də bina tikməyiblər. Bəlkə bu binanı tikiblər, bu da eybəcər bir tikilidir. Ancaq sovet vaxtında Azərbaycan tərəfindən tikilmiş binalardan istifadə etmişlər, azərbaycanlıların evlərində yerləşmişlər. Bütün bu evlər sovet vaxtından qalan evlərdir, “xruşşovka”lardır. Bunlar da öz müddətini çoxdan bitiriblər. Bu binaların vəziyyətinə indi diqqət yetirilməlidir".
Şuşaya çox böyük turist axını olacaq - PREZİDENT



Prezident və xanımı Şuşada (YENİLƏNDİ)
Bu tarixdən Şuşaya turist səfərləri təşkil ediləcək - Nazir
Şuşalılar Şuşaya qayıdırlar - İlham Əliyev
Birinci mərhələdə Şuşada 25 yaşayış binası inşa olunacaq ki, vətəndaşlar qayıtmağa başlasın
Şuşaya ilk kimlər köçürüləcək?- Rəsmi
Prezident Şuşada yeni məscidin təməlini qoydu
İlham Əliyev Şuşalıları təbrik etdi
İlham Əliyev Füzuli ilə bağlı müjdəli xəbəri ELAN ETDİ
Prezident: "Biz erməni faşizmini məhv etmişik"
Azərbaycanda "halal turizm" yaradılır
Zəfər Günü paradı Şuşada olacaq?
Prezident xalqı təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 