Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AzTV-yə müsahibəsində bildirib. “Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında, Şuşa şəhərində olmuşam. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur. Bir üç-dörd mərtəbəli hərbi hissənin binasıdır. Cəbrayıl şəhərində, şəhərin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda bir neçə ev sadəcə olaraq qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. O evlərdən də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edirdilər. Yol boyunca kəndlərdə bir dənə də salamat bina yoxdur. Kəndlərin bütün binaları dağıdılıb, talan edilib”, - dövlət başçısı qeyd edib. Bu mənzərənin indi bütün dünyaya təqdim edildiyini bildirən Prezident İlham Əliyev deyib: “Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər. Sanki belə bir şey yoxdur. O bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.
Prezident: "Biz erməni faşizmini məhv etmişik"



Ölkəmizin yeni dövrü başlayır - PREZİDENT
Prezident: Onlar Ermənistanın törətdiyi vəhşiliyin şahidi olublar
Füzulidə bir salamat bina tapa bilmədik ki, orada... - İlham Əliyev
Ağdam üçün yeni dövr başlayır - PREZİDENT
Prezident şəhid jurnalistlərdən danışdı: Minalar həmin müddətdə basdırılıb
Biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik - İlham Əliyev
Ermənilər Ağdam məscidini bu səbəbdən dağıtmayıb - PREZİDENT İLK DƏFƏ AÇIQLADI
Zəngilan hava limanı bu tarixdə istifadəyə veriləcək
Diplomatların Füzuliyə səfəri başladı
Məhv edilmiş və qənimət götürülmüş erməni texnikasının YENİ SİYAHISI
Şəhidlərimizin adı məktəblərə veriləcək
Şuşaya çox böyük turist axını olacaq - PREZİDENT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 